Sizin reklam burada 728×90
Son dəqiqə

Ucarda narkotik becərən şəxslər saxlanıldı -

07.07.2023 11:33 373 1 dəq oxunur
Ucarda narkotik becərən şəxslər saxlanıldı -
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BakuNews.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən rayonun Küçəkənd kənd sakini Dilqəm Abdullayev saxlanılıb.
Həmin şəxsin üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı heroin və marixuana, yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidən isə sonuncu tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu aşkar edilərək maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı rayonun Bağman kənd sakini Vüqar Kərimov da saxlanılıb. Həmin şəxsin üzərindən və avtomobilindən isə marixuana aşkarlanıb.

Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az