Sizin reklam burada 728×90
Son dəqiqə

R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb -

09.06.2023 14:09 346 1 dəq oxunur
R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb -
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BakuNews.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nəvahi qəsəbə sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olan daha dörd nəfər - Ə.Əskərli, V.Balayev, X.Məmmədov və M.Əskərov da saxlanılıblar. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az