Sizin reklam burada 728×90
Son dəqiqə

"Bu göstəriciyə çatmaq üçün müvafiq işlər aparır"

23.08.2022 11:48 523 1 dəq oxunur
"Bu göstəriciyə çatmaq üçün müvafiq işlər aparır"
"MasterCard" Azərbaycan bazarında nağdsız ödənişlərin payını 50 faizə çatdırmağı planlaşdırır.

bakunews.az trend-ə istinadən xəbər verir ki, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə rəqəmsal ödənişlərin həcmi 20 faiz təşkil edir və şirkət bu göstəricini 50 faizə çatdırmağı hədəfləyir.

"Bu göstəriciyə çatmaq üçün "MasterCard" həm Mərkəzi Bankla, həm də yerli tərəfdaş banklarla müvafiq işlər aparır", - deyə o bildirib.

A.Gürdal əlavə edib ki, "MasterCard" ödənişlərin rəqəmsallaşmasının sürətləndirilməsi üçün Azərbaycanla innovasiyalar, texnologiyalar və digər sahələrdə imkanlarını bölüşür.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az