Sizin reklam burada 728×90
Son dəqiqə

Mikayıl Cabbarov: "AIIF ənənəvi xarakter daşıyacaq"

22.09.2025 17:05 390 1 dəq oxunur
Mikayıl Cabbarov: "AIIF ənənəvi xarakter daşıyacaq"
Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) ənənəvi xarakter daşıyacaq və onun hər ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Biz hədəfləyirik ki, bu, həm ölkəmizin iqtisadiyyatına, həm də regionumuzda iqtisadi əməkdaşlığa yönəlmiş ənənəvi bir tədbir olsun", - deyə o qeyd edib.

Nazir forumun birinci günündə imzalanmış bir sıra vacib sənədlərlə bağlı da danışıb: "Onların arasında xüsusilə Bakı şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investorlarının həyata keçirəcəyi daşınmaz əmlak layihəsini xüsusi olaraq vurğulamaq istərdim. Bu, bir neçə milyard ABŞ dolları investisiya dəyəri olan bir layihədir. Bununla yanaşı, bölgəmizdə ilk dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirən təsisatın yaradılması barədə Səudiyyə Ərəbistanını təmsil edən investisiya şirkəti ilə imzalanmış sənədləri xatırlatmaq istərdim".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az