Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan BƏƏ ilə sənaye tərəfdaşlığının inkişafını müzakirə edib

13.06.2025 14:39 313 1 dəq oxunur
Azərbaycan BƏƏ ilə sənaye tərəfdaşlığının inkişafını müzakirə edib
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafını, təcrübə mübadiləsini və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqini nəzərdən keçirib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirdik. BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında "Abşeron" qaz-kondensat yatağının birgə işlənməsi, "Masdar" şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqları vurğuladıq”,-deyə o qeyd edib.
Azərbaycan BƏƏ ilə sənaye tərəfdaşlığının inkişafını müzakirə edib
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az