Sizin reklam burada 728×90
Son dəqiqə

“AzerGold” QSC-də təhlükəsiz iş saatları 5.6 milyona yaxınlaşıb

24.10.2024 23:23 330 1 dəq oxunur
“AzerGold” QSC-də təhlükəsiz iş saatları 5.6 milyona yaxınlaşıb
2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirib. Nəticədə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-də təhlükəsiz iş saatlarının miqdarı 918 min 41 saata, ümumilikdə fəaliyyət dövrü ərzində isə 5 milyon 553 min 988 saata çatıb.
Qeyd edək ki, Səhmdar Cəmiyyəti tərəfindən mədənlərdə və istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb. Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az