Sizin reklam burada 728×90
Son dəqiqə

Mikayıl Cabbarov vergi daxilolmalarından danışıb

07.11.2023 12:44 345 1 dəq oxunur
Mikayıl Cabbarov vergi daxilolmalarından danışıb
“2023-cü ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 14 milyard 593,5 milyon manat olub”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında yazıb.
O bildirib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% artaraq 8 milyard 387,4 milyon manat təşkil edib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az