Sizin reklam burada 728×90
Son dəqiqə

Əliyar Ağayev “Frayburq”un oyununu idarə edəcək

24.10.2023 14:02 405 1 dəq oxunur
Əliyar Ağayev “Frayburq”un oyununu idarə edəcək
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da, “TSC Arena”da keçiriləcək “Baçka Topola” (Serbiya) - “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. Ə.Ağayevə yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigen olacaqlar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az