Sizin reklam burada 728×90
Son dəqiqə

Asim Xudiyev “Tvente”nin oyununa təyinat alıb

06.08.2022 20:19 603 1 dəq oxunur
Asim Xudiyev “Tvente”nin oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Konfrans Liqasına təyinat alıb.

Belə ki, Asim Xudiyev III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Tvente" (Niderland) - "Çukariçki" (Serbiya) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, Niderlanddakı matç avqustun 11-də keçiriləcək.

Xatırladaq ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də Niderlanddakı matça təyinat alıb. Türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin PSV (Niderland) - "Monako" (Fransa) matçının hakim-inspektoru olacaq.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az