Sizin reklam burada 728×90
Son dəqiqə

Fransa 2024-cü il Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum edilə bilər

06.09.2023 14:46 489 1 dəq oxunur
Fransa 2024-cü il Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum edilə bilər
Ümumdünya Antidopinq Agentliyi (WADA) Fransa Antidopinq Agentliyini (AFLD) tənqid edib.

Xəbərdarlıqda qeyd olunur ki, əgər Fransa tərəfi İdman Arbitraj Məhkəməsinin tələblərinə və məhkəmə təcrübəsinə açıq şəkildə zidd olan tendensiyasını davam etdirərsə, WADA işi daxili işçi qrupuna həvalə etmək və müvafiq tədbirlər görmək məcburiyyətində qalacaq.

WADA Fransanı xüsusən son üç dopinq yoxlamasında yol verdiyi nöqsanlara görə qınayıb və Parisi dopinq yoxlamalarına ciddi yanaşmamaqda ittiham edib.

Eyni zamanda, Fransa Antidopinq Agentliyindən bildirilib ki, WADA Fransa idmançılarının müəyyən beynəlxalq yarışlardan kənarlaşdırılması ilə nəticələnə biləcək prosedurlara başlamaqla hədələyib.
Fransa hətta 2024-cü il Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum edilə bilər.

Mənbə: AFP
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az