Sizin reklam burada 728×90
Son dəqiqə

Cüdo üzrə dünya çempionatında Azərbaycan finalı olacaq

23.08.2023 20:34 373 1 dəq oxunur
Cüdo üzrə dünya çempionatında Azərbaycan finalı olacaq
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının ilk günündə iki cüdoçumuz finala çıxıb.

BakuNews.az xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, oğlanlar arasında -50 kiloqram çəki dərəcəsində yarımfinalda cüdoçularımız Məhəmməd Məmişov gürcüstanlı idmançı Şota Baçoşviliyə, Nihad Məmişov isə qazaxıstanlı idmançı Nurbol Askara qalib gəlib. Cüdoçular finalda bir-biriləri ilə qarşılaşacaqlar.

Final görüşləri saat 18:00-da başlayacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az