Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanın daha bir güləşçisi İslamiadada qızıl medal qazanıb

10.08.2022 21:40 596 1 dəq oxunur
Azərbaycanın daha bir güləşçisi İslamiadada qızıl medal qazanıb
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov final görüşünə çıxıb.

bakunews.az report-a istinadən xəbər verir ki, 74 kq çəki dərəcəsində rəqib iranlı Məhəmmədsadıq Firuzpur olub. Görüş Bayramovun qələbəsi ilə yekunlaşıb -2:1.

Bununla da Azərbaycan İslamiadada güləş növündə dördüncü medalını qazanıb. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) qızıl, Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.

19:03
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib tacikistanlı Hikmotullo Vohidov olub. Qarşılaşmadan 8:7 hesablı üstünlüklə ayrılan Rzazadə bürünc medala yiyələnib.


Qeyd edək ki, bu, İslamiadada Azərbaycanın güləş növündə ilk, ümumilikdə isə 6-cı medalı olub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az