Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan İslamiadada güləş növündə ilk medalını qazanıb

10.08.2022 19:12 451 1 dəq oxunur
Azərbaycan İslamiadada güləş növündə ilk medalını qazanıb
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb.

bakunews.az report-a istinadən xəbər verir ki, rəqib tacikistanlı Hikmotullo Vohidov olub. Qarşılaşmadan 8:7 hesablı üstünlüklə ayrılan Rzazadə bürünc medala yiyələnib.

Qeyd edək ki, bu, İslamiadada Azərbaycanın güləş növündə ilk, ümumilikdə isə 6-cı medalı olub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az