Sizin reklam burada 728×90
Son dəqiqə

UEFA Konfrans Liqası: Pley-offun cütləri bu gün müəyyənləşəcək

18.12.2023 10:02 568 1 dəq oxunur
UEFA Konfrans Liqası: Pley-offun cütləri bu gün müəyyənləşəcək
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olacaqlar.

Səpələnmişlər: “Budyo-Qlimt” (Norveç), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ferentsvaroş” (Macarıstan), “Ayntraxt” (Almaniya), Gent (Belçika), “Legiya” (Polşa), “Ludoqorets” (Bolqarıstan), “Slovan” (Slovakiya).

Səpələnməmişlər: “Ayaks” (Niderland), “Makkabi” (Hayfa, İsrail), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), “Servett” (İsveçrə), “Şturm” (Avstriya), “Union” (Belçika).

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az