Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan qılıncoynadanı dünya çempionatında mərhələ adlayıb

19.07.2022 15:08 557 1 dəq oxunur
Azərbaycan qılıncoynadanı dünya çempionatında mərhələ adlayıb
Azərbaycanlı qılıncoynadan Barat Quliyev Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

bakunews.az report-a istinadən məlumatına görə, qılıncoynatmanın şpaqa növündə çıxış edən Quliyev 1/32 finalda lüksemburqlu Flavio Cannotteyə 13:12 hesabı ilə qalib gəlib.

Onun 1/16 finaldakı rəqibi ABŞ idmançısı Yeisser Ramiresə 14:11 hesabı ilə qalib gəlmiş macarıstanlı Mate Tamaş Kox olacaq. Bu görüş Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.

Qeyd edək ki, dünya çempionatına 23 iyulda yekun vurulacaq.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az