Sizin reklam burada 728×90
Son dəqiqə

Qarabağ bölgəsindəki mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat müsadirə edilib -

29.09.2023 14:54 490 1 dəq oxunur
Qarabağ bölgəsindəki mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat müsadirə edilib -
Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektlərə baxış keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mərmiləri ilə dolu yeşiklər və digər döyüş vasitələri aşkar edilib.
Qeyd edək ki, Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ bölgəsində bir neçə mülki təyinatlı obyektlərin uzun müddət hərbi məqsədlər üçün istifadə edilməsi müəyyən edilmişdir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az