Sizin reklam burada 728×90
Son dəqiqə

Düşmən hərbi avtomobilimizi atəşə tutdu - FOTO

02.09.2022 19:34 581 1 dəq oxunur
Düşmən hərbi avtomobilimizi atəşə tutdu - FOTO
Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.


Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.\\milli.az

bakunews.az

Məqaləyə dair fotomateriallar:

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az