Sizin reklam burada 728×90
Son dəqiqə

Ucar məktəbində bıçaqlanma - Xəsarət alan var

06.02.2025 11:32 488 1 dəq oxunur
Ucar məktəbində bıçaqlanma - Xəsarət alan var
Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Hadisə rayonun Rəstəcə kəndində baş verib.

Rəstəcə kənd tam orta məktəbin 9-cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az