Sizin reklam burada 728×90
Son dəqiqə

DİN: "Polisə müqavimət göstərən şəxs inzibati qaydada həbs olunub"

20.07.2022 19:22 569 1 dəq oxunur
DİN: "Polisə müqavimət göstərən şəxs inzibati qaydada həbs olunub"
"Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib".

Bu barədə bakunews.az-ya report-a istinadən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Ə.Məmiyev saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az