Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda “TikTok”a girişə qoyulan məhdudiyyət aradan qalxıb

31.10.2023 16:12 494 1 dəq oxunur
Azərbaycanda “TikTok”a girişə qoyulan məhdudiyyət aradan qalxıb
31 oktyabr 2023-cü il tarixindən etibarən Azərbaycan Respublikası ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Bu barədə BakuNews.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Bildirilib ki, Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, eləcə də sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az