Sizin reklam burada 728×90
Son dəqiqə

Konqresmenlərə “TikTok” xəbərdarlığı

12.08.2022 15:15 639 1 dəq oxunur
Konqresmenlərə “TikTok” xəbərdarlığı
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri kibertəhlükəsizlik üzrə ekspertlərdən "TikTok" sosial şəbəkəsindəki təhlükəsizlik və məxfilik problemləri ilə əlaqədar xəbərdarlıq alıblar.

bakunews.az oxu.az-a istinadən xəbər verir ki, konqresmenlərə bildirilib ki, Kibertəhlükəsizlik Təşkilatı şəffaflıq və istifadəçi məxfiliyinin qorunması ilə bağlı problemlərə görə Çin sosial şəbəkəsiı "TikTok"u təhlükəli və arzuolunmaz proqram hesab edir.

"Təhlükəsizlik və məxfilik baxımından bu proqramın quraşdırılmasını və istifadəsini tövsiyə etmirik", - Palata üzvlərinə göndərilən məktubda deyilir.

Qeyd edək ki, ABŞ-da sosial şəbəkənin işini məhdudlaşdırmaq təşəbbüsünü dəstəkləyən bir çox qanunvericilər seçki kampaniyası zamanı gənc seçicilərə təsir etmək üçün özləri "TikTok"dan istifadə etməyə başlayıblar.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az