• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Hacıyev-Qriqoryan görüşü: Avropa İttifaqının etməli olduqları - ŞƏRH

Gündəm / Siyasət

27-09-2023, 13:46

Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Müzakirələr Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun diplomatik müşavirləri Saymon Mordyu, Maqdalena Qrononun vasitəçiliyi ilə təşkil edilib.

Görüş zamanı iştirakçılar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Görüş, həmçinin, oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın mümkün görüşünün aktuallığı barədə iştirakçılar arasında intensiv fikir mübadiləsi aparmağa imkan verib.

Hikmət Hacıyev və Armen Qriqoryan qarşıdan gələn mümkün görüşdə Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə dair mümkün konkret addımlar, o cümlədən sərhədlərin delimitasiyası, təhlükəsizlik, əlaqə, humanitar məsələlər və daha geniş sülh məsələləri ilə bağlı danışıqlar aparıblar.

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən bu görüş Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsində kompromis həlləri tapmağa kömək etmək baxımından önəmlidir.

Avropa İttifaqının normallaşma prosesinə töhfə vermək cəhdi yaxşı haldır. Ancaq o, Fransa və Almaniyanın faktiki təbəəliyindən çıxdığı halda prosesə nəticəəsaslı yanaşmasını davam etdirə bilər.

Hər bir halda, Avropa İttifaqının Azərbaycan-Ermənistan sülh gündəliyi üçün müsbət səylərinin işartıları sönməyib, bundan sonra Brüssel:

- Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələrini qəbul edən yanaşmaları və konkret fəaliyyəti inkişaf etdirməlidir,

- Azərbaycanla Ermənistan arasındakı sülh proqramının hərtərəfli xülasəsini hazırlayıb, təkliflər paketini tərəflərə təqdim etməlidir,

- Qarabağda yaşamağı seçən ermənilərin Azərbaycanın ictimai-siyasi həyatına reinteqrasiyası üçün Bakının şərtləri əsasında düsturlar hazırlamalıdır,
- İttifaq bu məsələni Azərbaycanın daxili işi kontekstində qabartmalıdır.

Avropa İttifaqının Hacıyev-Qriqoryan görüşünün nəticələrinə dair yaydığı açıqlamadan qeyd olunan xüsusiyyətləri sezmək olur.

Belə ki, Aİ-nin açıqlaması Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticələrini qəbul etməyə yönəlmiş yanaşmanı nümayiş etdirir.

Çünki bəyanatda Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə şübhə toxumu səpən əlamətlər yoxdur, üstəgəl, ənənəvi erməni propaqandasının tezisləri nəzərə çarpmır.

Avropa İttifaqının fəaliyyətində ən diqqət çəkəcək cəhətlərdən biri onun ABŞ ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda davam edən rəqabətini tarazlaşdıracaq tezisləri və hərəkətləri ola bilər. Hərçənd, o, kollektiv Qərbin əsas hüceyrələrindən biridir.

Düzdür, Avropa İttifaqı pərdəarxası balanslaşdırıcı rol oynadığını açıq platformalarda etiraf etməkdən çəkinir - bu indi Azərbaycan üçün elə də əhəmiyyətli deyil.

Azərbaycan üçün Qərblə Rusiya arasında öz xeyrinə kompromislərin tapılması məqbul variantdır, bu isə Bakı ilə İrəvan arasında davam edəcək danışıqlar raundunun nəticələrinə yanaşmalardan asılı olacaq.

Bu mənada Əliyev-Paşinyan görüşünün Qranada raundu həm Qərb, həm də Rusiya tərəfindən həssaslıqla izləniləcək.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

19-08-2022, 21:20

Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Siyasət

27-08-2022, 12:36

Əliyev və Paşinyan bu məsələləri müzakirə edəcək

Siyasət

27-08-2022, 12:34

Brüssel görüşündə müzakirə olunacaq məsələlər açıqlandı

Siyasət

29-08-2022, 14:19

Əliyev – Paşinyan görüşünə saatlar qaldı – Sülh sazişi imzalanacaqmı? (ŞƏRH)

Siyasət

23-08-2022, 14:54

Bakı İrəvana hansı YENİ TƏLƏBLƏRi irəli sürməyə hazırlaşır? - Bu dəfə Ermənistana qaçış yoxdur

İqtisadiyyat / Dünya

29-07-2022, 21:40

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Qriqoryan

Siyasət

9-09-2022, 16:25

Bakının 5 erməni hərbçini qaytarmasına Mişeldən reaksiya

Siyasət

22-09-2023, 12:08

Hikmət Hacıyev: “Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər”

Siyasət

13-01-2023, 20:03

Azərbaycan və Almaniya prezidentləri Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə edib

Siyasət

16-07-2022, 07:48

" Azərbaycanın qərarını dəstəkləyirik" - . Toivo Klaar

Siyasət

3-09-2022, 16:56

Putin İlham Əliyevə zəng edib

Siyasət

25-08-2022, 12:37

Bu tarixdə İlham Əliyev və Paşinyanın görüşü gözlənilir

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
Dünən, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Xəbər lenti
  • Bu gün, 19:00
    YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
  • Bu gün, 18:00
    Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • Bu gün, 18:00
    Tramp İranla müharibənin çox tezliklə bitəcəyini açıqlayıb
  • Bu gün, 17:30
    Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar
  • Bu gün, 17:01
    ADAU-da KÜTLƏVİ İXTİSAR - ƏMR
  • Bu gün, 17:00
    Ceyhun Bayramov: Türk dövlətləri imkanlarını həm tranzit, həm də qarşılıqlı ticarətin inkişafı üçün istifadə etməlidir
  • Bu gün, 16:47
    Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda
  • Bu gün, 16:29
    İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
  • Bu gün, 16:22
    “Kiçik Ermənistan üçün 3 min nəfər?” - Rusiyalı rəsmidən ABŞ səfirliyi ilə bağlı açıqlama
  • Bu gün, 15:53
    Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
  • Bu gün, 15:46
    FHN `Qurtuluş 93`də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır (VİDEO)
  • Bu gün, 15:15
    Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
  • Bu gün, 15:06
    Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olundu - ƏMR
  • Bu gün, 14:38
    Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək
  • Bu gün, 14:27
    "Özünü nazirdən yuxarı sanırdı..." - ETİRAZ
  • Bu gün, 13:15
    Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib
  • Bu gün, 13:03
    Mingəçevirin yolları da başçı İlham İsmayılovun “ATF” MMC ilə işbirliyinə qurban gedib
  • Bu gün, 12:43
    Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
  • Bu gün, 12:33
    Prezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir - Yasamalda özbaşınalıq VİDEO
  • Bu gün, 11:55
    Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib
  • Bu gün, 11:47
    Tanınmış sənətçinin BANK KARTI QARƏT OLUNDU - "Evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?"
  • Bu gün, 11:27
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsinə I oxunuşda baxılacaq
  • Bu gün, 11:18
    Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara kim hüquqi qiymət verəcək? İTTİHAM
  • Bu gün, 10:42
    Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
  • Bu gün, 10:33
    ​CƏLİLABAD MEŞƏLƏRİNDƏ NƏ BAŞ VERİR? – VİDEO
  • Bu gün, 10:17
    Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Bu gün, 10:03
    Arzuxan Əlizadənin Milli Məclisdə etmədiyi çıxışı: Əhməd necə oğlandı? - AKTUAL
  • Bu gün, 09:38
    Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
  • Bu gün, 09:31
    "Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...
  • Bu gün, 09:00
    Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
  • Dünən, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Dünən, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Dünən, 18:22
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Dünən, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Dünən, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə