• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Şəhid Polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev

Gündəm

12-08-2023, 12:36

Azərbaycanın ən dilbər guşələrindən biri - şairlər, sənətkarlar ocağı, eləcə də zəngin qızıl yataqları ilə digər bölgələrdən fərqlənən Kəlbəcər rayonu cəsur oğulları ilə hər zaman seçilib.

Belə igid oğullardan biri də şəhid polkovnik-leytenant Anar Əliyevdir. 1980-ci il avqustun 28-də Kəlbəcərdə ziyalı ailəsində dünyaya göz açan Anar təkcə Kəlbəcərin ilk sakinlərindən hesab olunan "Kalvavəllər" nəslinin deyil, doğma yurdunun, elinin, bütün Azərbaycanın fəxrlə andığı qəhrəmanlardan biridir. Müəllim ailəsində böyüyən, hələ uşaqlıqdan yaşıdlarından hər zaman fərqlənən Anar öz davranışı və tərbiyəsi ilə hamının diqqət mərkəzində olmağı bacarırdı. Düşmən tərəfindən 1993-cü ildə Kəlbəcər rayonunun işğalı doğma yurd-yuvasından ayrı düşən, köçkün həyatı yaşayan kəlbəcərlilərdən, eləcə də şəhid Anar Əliyevin ailəsindən yan keçmir. Hələ uşaq ikən qisas hissi ilə böyüyən Anar hərbçi olmaq qərarına gəlir və ömür yolunu C.Naxçıvanski adına Hərbi Liseydən salır. 1997-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olur və 2001-ci ildə hərbi məktəbi "Qoşun kəşfiyyatı" ixtisası üzrə müvəffəqiyyətlə bitirir. O, "leytenant" hərbi rütbəsindən "polkovnik-leytenant" hərbi rütbəsinədək yüksəlir və qoşunlarda müxtəlif vəzifələrdə xidmət edir. Anar harada xidmət etməsindən asılı olmayaraq, komandanlıq tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir.

Erkən yaşlarından məcburi köçkün həyatı yaşaması, dədə-baba yurdundan ayrı düşməsi onda düşmənə qarşı ikiqat nifrət hissi yaratmışdı. Doğma el-obasının azadlığı naminə və şəhidlərimizin ruhu qarşısında verdiyi qisas andına sədaqəti Vətən müharibəsində özünü göstərdi. Polkovnik-leytenant Anar Əliyevin rəhbərlik etdiyi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının müvəffəqiyyətlə icra edilməsinə nail oldu.

Ömrünün 40-cı yaşında ailəsinə, övladlarına şərəfli ad - şəhid adı əmanət edən Anarın xatirəsi hər zaman ehtiramla anılacaq. Göy üzünü bəzəyən üçrəngli bayrağımız dalğalandıqca şəhadətə yüksələnlər qəlblərdə yaşayacaqlar.

Anar Əliyev Qarabağda bir çox bölgənin və strateji yüksəkliklərin azad edilməsində iştirak edib:

Füzulinin, Cəbrayılın, və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan polkovnik-leytenant Anar Əliyev 21 oktyabr 2020-ci il tarixində vəzifə borcunu yerinə yetirərkən döyüş meydanında şəhidlik zirvəsinə ucaldı. Ömür yolunun 40-cı ilində əbədiyyətə qovuşdu. Ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirdiyi zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Anar Əliyev (ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb və eyni zamanda, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhid polkovnik-leytenant Anar Əliyev haqqında onun tabeliyində olan zabit və əsgərlər böyük fəxarət hissi ilə danışırlar. Bildirirlər ki, gələcək nəslə örnək həyat yaşayan zabitin qəhrəmanlığı dillərə dastan oldu. Bu gün xalq olaraq təsəllimiz ondadır ki, şəhid oğullarımızdan xoş xatirələr və örnək izlər qalıb.

Ən çətin yüksəkliklərin azad olunmasına özü şəxsən öndə gedərək rəhbərlik edib. Sonuncu döyüşü isə Xocavəndin Tuğ yüksəkliyi olub. Anar əvvəl qolundan, sonra göz nahiyəsindən yaralanıb. O, olduqca mərhəmətli, xeyirxah, mehriban, şərəfli, insan, qəlbində Vətənə böyük sevgisi olan zabit idi. Bilirsiz, onun haqqında günlərlə danışılsa qurtarmaz. Şəhid Anarın ailəsi, qohumları, iş yoldaşları, dostları, bütün hamımız Anarla qürur duyuruq. Hər zaman başımız ucadır".

Onu da qeyd etmək istəyirəm ki Zəngilan rayonunun alınmasını Ali Baş Komandana Cənab prezident İlham Əliyevə şəhid qəhrəmanımız Anar Əliyev məruzə etmişdir.

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir.

Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur.

Hörmətlə YAP üzvü, Xətai rayon icra hakimiyyətinin könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Güvən Xeyriyyə ictimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının və Bakunews.az xəbər portalının əməkdaşı, Nərgiz Fondunun əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-07-2022, 10:35

Polad Həşimov 2 il əvvəl bu postda şəhid olmuşdu...

Cəmiyyət

4-08-2022, 11:33

Şəhid Anar Kazımovun nəşi ailəsinə təhvil verildi

Gündəm

6-08-2022, 13:22

Kəlbəcərdə həlak olan hərbçiyə şəhid statusu veriləcək

Siyasət

9-08-2022, 15:39

Prezident İlham Əliyevin şəhid ailələrinə olan dəstəyi hər addımda hiss edilir - Şəhid anası

Gündəm

3-08-2022, 11:55

Azərbaycan şəhid verdi - Laçında

Gündəm

3-08-2022, 18:05

Erməni terrorçularının 1 hərbi hissəsi və azı 1 postu məhv edilib

Cəmiyyət

14-07-2022, 15:38

Vətən müharibəsi qazisi: "Döyüşlərin şiddətli vaxtı ayağımı itirdim, yaralı halda 5 saat qaldım"

Gündəm

14-09-2022, 04:49

Azərbaycanın 50 şəhidi bunlardır - ADLARI

Gündəm

12-07-2023, 09:25

Tovuz döyüşlərindən 3 il ÖTÜR

Cəmiyyət

22-07-2022, 20:13

Şəhid jurnalistlərin ailələri ziyarət olunub

Cəmiyyət

30-08-2022, 10:30

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olmuş hərbçisinə şəhid statusu verildi (FOTO)

Cəmiyyət

28-08-2022, 16:07

Şəhid Babək Allahverdiyev

Araşdırma
Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Hadisə
Bu gün, 09:30
Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı
Dünən, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
Dünən, 12:00
Ağsuda iki evdə yanğın oldu
Dünən, 08:45
Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
21-03-2026, 12:45
Gənc futbolçunun qətlinə görə keçmiş sevgilisi saxlanıldı
11-03-2026, 14:39
Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
Xəbər lenti
  • Bu gün, 12:42
    Binəqədi rayonunda zirzəmidə obyekt açılamasına hansı məmur icazə verir? Videofakt
  • Bu gün, 12:00
    Putin Çinə gedir
  • Bu gün, 11:46
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • Bu gün, 11:26
    İlham Əliyev Şahbaz Şərifə məktub yazdı
  • Bu gün, 11:16
    Prezident Şamaxıya gedib - FOTOLAR
  • Bu gün, 11:12
    Prezident Şamaxıya gedib - FOTOLAR
  • Bu gün, 10:58
    Bakıda həkim müalicə etdiyi vətəndaşını ömürlük şikəst edib? - Bakı Bərpa Mərkəzində qalmaqal-FOTO
  • Bu gün, 10:28
    Çoxuşaqlı müğənnilərin “sirri” - FOTOLAR
  • Bu gün, 09:34
    KİV: ABŞ-ın İranla müharibədə Xark adasını ələ keçirməkdən başqa çıxış yolu qalmayıb
  • Bu gün, 09:30
    Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı
  • Bu gün, 09:24
    Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO
  • Dünən, 15:00
    Əli Musəvi: Hörmüz boğazında gəmilərin hərəkəti İranla koordinasiya olunmalıdır
  • Dünən, 14:00
    AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb
  • Dünən, 13:00
    Azərbaycanın futzal millisinin toplanışına 18 oyunçu dəvət alıb
  • Dünən, 12:30
    Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
  • Dünən, 12:00
    Ağsuda iki evdə yanğın oldu
  • Dünən, 09:24
    "Mançester Yunayted"in hədəfindəki mütəxəssis
  • Dünən, 09:21
    Əmrullayevin bastırdığı TƏHSİL SİSTEMİ... - BELƏ DAVAM EDƏRSƏ...
  • Dünən, 09:16
    ABB-nin xarici bankda pay almaq niyyəti müzakirələrə səbəb olub – jurnalist Həbibə Abdulla sərt reaksiya verdi
  • Dünən, 09:06
    İranın “kölgə liderliyi” iddiaları: reallıq, ehtimal və geosiyasi siqnallar
  • Dünən, 08:57
    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə mühüm elmi tədbir keçirilib FOTOLAR
  • Dünən, 08:54
    İsrail Tehrana zərbələr endirdiyini açıqlayıb
  • Dünən, 08:53
    Britaniyanın sualtı nüvə qayığı Ərəb dənizində yerləşdirilib
  • Dünən, 08:52
    Tramp: Hörmüz boğazı 48 saat ərzində açılmasa, ABŞ İranın enerji obyektlərinə zərbə endirəcə
  • Dünən, 08:45
    Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Dünən, 08:43
    Uçan naməlum obyektlərin sirlərini açmaq üçün: Tramp administrasiyası məlumat bazası hazırlayır
  • Dünən, 08:40
    Ən etibarlı alman avtomobilləri - SİYAHI
  • 21-03-2026, 12:54
    Duman olacaq, yağış yağacaq
  • 21-03-2026, 12:45
    Gənc futbolçunun qətlinə görə keçmiş sevgilisi saxlanıldı
  • 21-03-2026, 12:35
    Bu ölkə eynicinsli nikahları tanıyacaq
  • 21-03-2026, 12:34
    Rusiya vertolyotlarının yeni qənimi
  • 21-03-2026, 12:22
    Kim Çen In və qızı tank sürdü FOTOLAR
  • 21-03-2026, 12:21
    Bəzi dindarların Novruz bayramı qorxusu: “haramdır”, “olmaz”...
  • 21-03-2026, 11:58
    ATU-da müəllimlərdən pul yığılması iddiası: Rektorla bağlı ciddi ittihamlar səslənir
  • 19-03-2026, 12:10
    ADP AZƏRBAYCAN XALQINA TƏBRİK ÜNVANLAYIB
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə