Sizin reklam burada 728×90
Son dəqiqə

Söyüdlüdəki şirkət fəaliyyətini müvəqqəti dayandırır - Nazir AÇIQLADI

12.07.2023 18:09 1 594 1 dəq oxunur
Söyüdlüdəki şirkət fəaliyyətini müvəqqəti dayandırır - Nazir AÇIQLADI
“Sabah Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın növbəti iclası olacaq”.
BakuNews.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə yaradılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, bundan sonra detallı məlumat veriləcək.

Nazir qeyd edib ki, sözügedən anbar 2011-ci ildə tikilib:

“Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. Hazırda mövcud tullantı anbarının istismar müddətinin bitməsinə üç aydan az vaxt qaldığı, ikinci anbarın tikintisinə razılıq verilmədiyi məlum olub. Şirkətə fəaliyyətini müvəqqəti dayandırması təklif olunub”.
O qeyd edib ki, təkliflərlə bağlı razılıq əldə olunub.

M.Babayev əlavə edib ki, Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər aparılmasa, pay bölgüsü ilə bağlı daha sərt addımlar atılacaq.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az