Sizin reklam burada 728×90
Son dəqiqə

Numan Kurtulmuş ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib -

12.07.2023 12:16 631 1 dəq oxunur
Numan Kurtulmuş ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib -
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Numan Kurtulmuş Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini də ziyarət edib.



BakuNews.Az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az