• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Avrasiya regionunun əsas nəqliyyat dəhlizləri və onların Azərbaycan Respublikası üçün geosiyasi perspektivləri

Gündəm / İqtisadiyyat

15-04-2023, 01:13

Azərbaycan Respublikası coğrafi olaraq çox əlverişli ərazidə, Şərqlə Qərb sivilizasiyalarının qovşağında yerləşən Qafqaz keçidi üzərində yerləşir. Regional olaraq Azərbaycan Avrasiya materikində, post sovet məkanında elə bir mövqedə yerləşir ki, bu mövqe nəinki post sovet məkanında yerləşən mərkəzi asiya türk dövlətlərinin dünyaya açılan qapısı rolunda çıxış edir, həmçinin də getdikcə çox qütblü dünya nizamına inteqrasiya edən Avrasiyada müxtəlif siyasi-qütblər arasında bu qütblərin hər biri üçün əhəmiyyətli olan ticarət və nəqliyyat qovşağının üzərindədir. Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi Z. Bjezinski bu regionu əhəmiyyətinə görə məhz bu cür tərif etmişdir. İstər Çinin bir kəmər-bir yol təşəkbbüsü, istərsə də Şimal Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Cənubi Qafqazı, o cümlədə regionun ən böyük iqtisadiyyatı olan Azərbaycanı logistik mərkəzə çevirir. Bu iqtisadi potensialın reallaşması üçün isə siyasi olaraq uyğun şərait olmalıdır.

Dünyada gedən müasir siyasi-iqtisadi proseslər çərçivəsində nəqliyyat və logistika imkanları sürətlə inkişaf edir, bu da öz növbəsində iri şirkətlər və dünyanın inkişaf etmiş sənaye ölkələrinin yük daşımalarının sürət və operativliyinə olan tələbatını artırır. Məlumdur ki, dünya ticarətinin əsasını təşkil edən nəqliyyat, xüsusilə də yük daşıma qabiliyyətinin çoxluğuna görə əlverişli sayılan dəniz nəqliyyatı dövlətlər arası münasibətlərdən və bu sahədə əldə edilmiş razılaşmaların icrasından olduqca asılıdır. Coğrafi mövqeyinin əlverişli olmasından məharətlə istifadə edən dövlətlər bu mənada dünyanın əsas ticarət və nəqliyyat qovşaqlarından birinə çevrilməklə bir növ regional sülh və sabitlik üçün qlobal səviyyədə əhəmiyyət kəsb etmiş olurlar. Klassik alman mütəfəkkirlərinin fikirlərinə əsaslanaraq deyə bilərik ki, dövlətlər arası münasibətlərdə sərbəst ticarət xalqlar arasında yaxınlaşmaya və qarşılıqlı iqtisadi asılılığa səbəb olur ki, bu nəticədə siyasi olaraq müharibənin baş verməsini dövlətlər və millətlər üçün əlverişsiz hala gətirir. Nəticə etibarı ilə, həmin dövlətlər ticarətlə qazanacaqları faydaları müharibə ilə itirməkdən çəkinirlər. Eynilə də, beynəlxalq ticarətin qlobal aktorları onlar üçün əhəmiyyətli logistik imkanları olan regionda yerləşən dövlətlərlə hesablaşır və həmin regionun sabitliyi və təhlükəsizliyi üçün baş verə biləcək münaqişələrlə bağlı önləyici tədbirlər görməkdə daha çox maraqlı olurlar. Dəniz nəqliyyatı üçün olduqca əlverişli coğrafi məkana sahib olan Sinqapur bir cırtdan dövlət kimi bütün inkişaf və rifah səviyyəsini də məhz bu mövqenin ona təbii olaraq vermiş olduğu imkanlardan düzgün istifadə etməklə insan potensialı və digər sahələrə yönəltməsinə borcludur. Dünya dəniz ticarətində Sinqapur kimi qovşaq dövlətlərlə yanaşı kanal və boğazlar da coğrafi olaraq xüsusi əhəmiyyət kəsb edir. Yük daşıma imkanlarının böyük olmasına baxmayaraq dəniz ticarəti vaxt və sürət etibarı ilə nəqliyyatın digər növlərinə nəzərən o qədər də əlverişli deyil. Bu zaman dəmiryolu nəqliyyatı köməyə gəlir ki, nəticədə limanlara gəmilərlə daşınan yüklər qatarlarla son ünvanlarına çatdırılır. Son dövrlərdə ənənəvi marşrutların müasir dövrün sürət və operativlik tələbinə cavab verə bilməməsi, bu marşrutlara alternativ dəhlizlərin axtarışına səbəb olmuşdur. Məlumdur ki dünya ticarətinin mərkəzi Atlantik regionundan Sakit okean regionuna doğru öz yerini dəyişir, bu isə Şərq ölkələrinin və xüsusən də Şərq mallarının Qərb ölkələrinə çatdırılmasında istifadə edilən marşrutların önəmini artırır. Bu baxımdan Sakit və Hind okeanlarını bir-biri ilə əlaqələndirən Sinqapur və digər Cənub Şərqi Asiya ölkələri ənənəvi olaraq Süveyş kanalından keçən marşrutdan daha çox asılı qalırlar ki, bu yolun Hindistandan keçməklə Avropaya və Şimal ölkələrinə, xüsusən də Rusiyanın Sankt-Peterburq limanına qədər 13000 km uzunluğunda olması və müddətin uzunluğunun bir çox yüklərin daşınmasını əlverişsiz etməsi alternativ marşrutların axtarışına tələbat yaratmışdır. Əsas alternativ kimi təklif edilən marşrut isə Xəzər dənizi və Qafqaz regionundan, xüsusən də ölkəmizdən keçməklə Rusiya və Avropa bazarına malların daşınmasını daha əlverişli edən 7200 km uzunluğa malik Şimal-Cənub dəhlizidir. Bu dəhliz Azərbaycanın birtərəfli tranzit ölkədən, əsas nəqliyyat dəhlizlərinin kəsişdiyi nəqliyyat və ticarət mərkəzinə çevirə bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinə bir alternativ olmaqla Cənubi və Cənub-şərqi Asiya ölkələrinin iqtisadi potensialının daha çox artmasına və onların istehsal etdikləri malların Avropa bazarlarına daha sürətlə və daha az məsrəflə çıxarılmasına şərait yaradır. Coğrafi mövqeyinin qazandırmış olduğu yüksək perspektivlərə əsasən bu dəhlizin də fəaliyyəti üçün Cənubi Qafqaz regionu, xüsusən də Azərbaycan əlverişli geosiyasi mövqeyə malikdir. Nəzərə alsaq ki, Cənubi və Cənub-şərqi Asiya regionunun əsas iri ixracatçıları olan dövlətlər Qoşulmama hərəkatının üzvüdür, bu ölkələrin əsas tranzit müttəfiqlərindən birinə çevrilmək Azərbaycan Respublikasına beynəlxalq aləmdə mövqelərini daha da gücləndirmək imkanı yaradır.

Nəticə etibarı ilə nəqliyyat infrastrukturunda baş verən inkişaf Azərbaycan üçün iqtisadiyyatın ənənəvi hegemon sahəsi olan neft-qaz infrastrukturuna alternativ meydana gətirir. Nəzərə alsaq ki, bu resurslar tükənən enerji mənbələri hesab edilir, nəticədə orta və uzaq perspektivdə Azərbaycanın gələcəkdə iqtisadi yüksəlişini daimi edə bilmək üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinə obyektiv tələbat meydana gəlir.. Son dövrlər Azərbaycanı digər region dövlətləri ilə əlaqələndirən nəqliyyat-kommunikasiya arteriyalarının inkişaf etdirilməsi, beynəlxalq uçuşları həyata keçirə bilən hava limanlarının sayının artırılması Azərbaycanın bu sahədə dünya ölkələri arasında iqtisadi-siyasi çəkisinin artmasına hesablanmışdır. Digər tərəfdən Qarabağ münaqişəsi ilə əlaqədar regionda reallaşdırılan hər cür iri infrastruktur layihələrindən kənarda qalan Ermənistan Respublikası coğrafi olaraq dağlıq regionda yerləşməsinə görə dəmir yolu və digər nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Cənubi Qafqaz dəhlizlərindən istifadə etmək potensialına görə Azərbaycandan çox geridə qalır. Bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizinin keçə biləcəyi ən optimal ölkə məhz Azərbaycan Respublikasıdır.

Azərbaycanın geosiyasi olaraq öz milli maraqlarını prioritet qəbul edərək regionda müttəfiq və qeyri-dost ölkələri özü üçün müəyyənləşdirməsi prosesi Qərb bloku ölkələri ilə Şərq blokunun, konkret olaraq isə NATO və Şanxay Əməkdaşlıq Təşkilatının arasında gedən mübarizədə mövqeyini müəyyənləşdirməklə, əslində bu iki bloka daxil olmamasına baxmayaraq onlardan hər hansı birinin geosiyasi konyekturada üstünlük və digərinə qarşı hərəkət sərbəstliyi qazanmasına gətirib çıxarmaq potensialı doğurur. Düşünmək olar ki, Azərbaycan Respublikası bu günkü mövcud tendensiyadan kənar düşünərək regional münasibətləri sülh və sabitliyi bərqərar edən ticari və iqtisadi münasibətlərin xalqlar üçün meydana gətirdiyi rifah və inkişaf perspektivləri əsasında qurmaqla qarşıdurmaya deyil, əməkdaşlığa meylli xarici siyasət yürütməyə çalışacaqdır. Bu təkcə ona görə zəruri deyil ki, regionun sülh və sabitliyi iqtisadi əməkdaşlıqdan keçir, həm də ona görə əhəmiyyətlidir ki, bir regional aktor kimi Azərbaycan Respublikası regional və qlobal güclərin rəqabəti şəraitində öz milli maraqlarını həyata keçirə bilmək üçün onları digər aktorların maraqları ilə uzlaşdırmalıdır. Nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırmışdır, bu baxımdan regionla bağlı müxtəlif maraqları olan qüvvələr bu regionda Azərbaycanın maraqları ilə daha çox hesablaşmalı olacaqlar.


Şahin Hüseynov Bəybala oğlu, 23 mart 1998
Bakalavr- Politologiya, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Magistr- Milli təhlükəsizlik və siyasi strategiya, Bakı Dövlət Universiteti

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

27-08-2022, 13:28

Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv ola bilər? (ŞƏRH)

İqtisadiyyat

9-04-2023, 23:08

Kamilə Əliyeva: Dostluq münasibətləri Azərbaycan-Tacikistan əlaqələrinin gələcək inkişafına böyük töhfə verəcək

Siyasət

7-09-2022, 09:50

İqtisadiyyat Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib

Siyasət

9-09-2022, 16:08

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirildi

İqtisadiyyat

4-03-2023, 00:34

İqtisadiyyat Nazirliyində UNECE-nin icraçı katibi ilə görüş keçirilib

Siyasət

30-03-2023, 02:01

Fidan Hüseynova: Yeni geosiyasi reallıqlar

İqtisadiyyat

3-04-2023, 21:55

Azərbaycan və Rusiya arasında regionlararası əlaqələrin inkişaf dinamikası müzakirə olunub

Dünya

29-07-2022, 13:30

"Birbaşa dialoqa töhfə vermək istəyirik" - Vaşinqtondan Bakıya təklif

Siyasət

13-07-2022, 02:37

Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində İcmalar Palatasının sədri ilə görüşüb - FOTO

Dünya

12-08-2022, 10:26

Çin onillərdir bu savaşa hazırlaşır - Kuznetsov

Siyasət

18-07-2022, 05:45

Karen Donfrid Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü yüksək qiymətləndirib

Siyasət

4-07-2022, 17:25

İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərdi

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 11:11
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Bu gün, 10:56
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Bu gün, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Bu gün, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Bu gün, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Bu gün, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • Dünən, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Dünən, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Dünən, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Dünən, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Dünən, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Dünən, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Dünən, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Dünən, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Dünən, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Dünən, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Dünən, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Dünən, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Dünən, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Dünən, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Dünən, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dünən, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Dünən, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Dünən, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Dünən, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Dünən, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • 6-11-2026, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • 6-11-2026, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • 6-11-2026, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • 6-11-2026, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə