• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Paşinyanın Aİİ-Aİ oyunu Ermənistanı hara aparır? - geosiyasi manevr iqtisadi reallığa təslim olur

Gündəm / Siyasət

Bu gün, 15:00

Ermənistanın Baş naziri Nikol Paşinyanın iki stulda eyni anda əyləşmə siyasəti, yəni həm Avropa İttifaqına (Aİ) yaxınlaşma, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalma istəyi getdikcə mürəkkəb xarakter almağa başlayır. Dəfələrlə rəsmi Moskvanın "eyni anda bir-birinə zidd iki ittifaqda iştirak etmək olmaz" bəyanatlarını qulaqardına vuran Paşinyan Aİ ilə inteqrasiyanı dərinləşdirir (6 oktyabr tarixində Aİ rəsmisi Ermənistanla viza liberallaşdırılması məsələsini gündəmə gətirib), Aİİ ilə əməkdaşlığı davam etdirmək istədiyini bildirir.

Paşinyan bu siyasəti alternativlərin yaradılması kimi təqdim edir. Onun fikrinə görə, Aİ-yə inteqrasiya heç də Aİİ-dən çıxmaq mənasına gəlmir. Hökumət başçısı müxtəlif iqtisadi tərəfdaşlarla əlaqələri genişləndirməyi manevr imkanlarını artırma kimi təqdim edir. Amma burada ciddi bir problem var. İqtisadi və siyasi inteqrasiyalar arasında ciddi sərhədlər var. Əgər məsələ Aİ-yə üzvlüyə çevrilsə, bu, Ermənistanın Aİİ-dəki statusuna uyğun gəlməyəcək. Burada diqqət ediləsi məqam odur ki, həm Aİ, həm də Aİİ gömrük ittifaqlarıdır. Hazırda Ermənistan Aİİ-nin ümumi gömrük tarifləri və ticarət siyasəti ilə bağlı öhdəliklər daşıyır. Amma Aİ-yə üzv olsa, bu dəfə bu qurumun vahid gömrük və ticarət siyasətinə qoşulmalıdır. Buna görə də eyni anda iki stulda əyləşmək mümkün deyil. Çünki iki sistemin tarifləri, ticarət razılaşmaları, texniki standartları və üçüncü ölkələrlə münasibətlər üzrə qaydaları tamamilə eyni deyil. Aprel ayında Rusiya lideri Vladimir Putin də Paşinyanla görüşündə bu məsələyə eyham vuraraq bildirib ki, məsələ siyasi yox, iqtisadi xarakter daşıyır. Ermənistan həm Aİİ-də, həm də Aİ-də eyni vaxtda qala bilməz. Həmin görüşdə Putinin Ermənistanın Rusiyadan qazı Avropa qiymətlərindən xeyli ucuz aldığına diqqət çəkib. Putin hər nə qədər məsələ siyasi deyil desə də, görünən odur ki, burada əsas problem elə siyasi məsələdir. Çünki Ermənistan Aİ-yə üzvlüklə bağlı xarici siyasət prioritetlərini, iqtisadi inteqrasiya modelini, xarici ticarət siyasətini, enerji və təhlükəsizlik əlaqələrini, normativ-hüquqi sistemini də dəyişməlidir. Bu da öz növbəsində Rusiyanın Ermənistan üzərindəki iqtisadi, siyasi və təhlükəsizlik təsir mexanizmlərinin zəifləməsi deməkdir.

Ermənistanın Aİ kursu ittifaq daxilində də narahatlıqlar yaradıb. Cari ilin may yayında 4 üzv ölkənin liderləri bildiriblər ki, Ermənistanda Aİ və Aİİ arasında seçim üçün referendum keçirilməlidir. Paşinyan isə vaxt qazanmaq üçün bildirib ki, Aİ-yə üzvlük üçün real institsuional baza formalaşmalıdır.

Rusiya isə Ermənistanın qərarsızlığından narahatdır və bir sıra rəsmilərinin dili ilə İrəvanı qərar verməyə səsləyir. Hətta Kremlin kulislərində İrəvanın iştirakı olmadan yeni əməkdaşlıq formatının yaradılması barədə fikirlər də səsləndirilir.

Belə bir ssenarinin reallaşması Ermənistan üçün ciddi risk deməkdir. Paşinyan iki ittifaq arasında seçimdən yayınaraq vaxt udmağa, manevr etməyə çalışdığı halda, Aİİ üzvləri öz aralarında yeni iqtisadi və siyasi mexanizmlər formalaşdıra bilərlər. Bu isə alternativlər yaratmağa çalışan İrəvanın alternativsiz qalması deməkdir. İrəvansız Aİİ isə Ermənistanın iqtisadi və siyasi çəkisinə ciddi təsir edə bilər. Bazardakı imkanlar, ticarət əlaqələri, ticarət dövriyyəsini nəzərə alsaq, bu prosesin Ermənistan üçün fəlakət olduğunu deyə bilərik.

İrəvansız Aİİ ssenarisinin Ermənistan üçün nəticələri isə daha konkret iqtisadi sahələrdə özünü göstərə bilər. Birincisi, Aİİ ölkələri Ermənistanı mövcud ticarət zəncirlərindən tədricən kənarlaşdıraraq gömrük rüsumlarının bölüşdürülməsi və qarşılıqlı ticarət mexanizmlərində yeni model formalaşdıra bilərlər. Bu halda Ermənistan Aİİ daxilində üzv olaraq qalsa belə, ittifaqın yaratdığı iqtisadi üstünlüklərin bir hissəsindən məhrum ola bilər. İkincisi, Aİİ daxilində Qərbin sanksiyalarından daha yaxşı qorunan vahid və ya alternativ maliyyə-hesablaşma mexanizmlərinin formalaşması zamanı Ermənistan ciddi seçim qarşısında qala bilər. Aİ ilə inteqrasiyanı dərinləşdirən İrəvan belə sistemlərdə iştirak etdikdə Qərbin mümkün sanksiya və maliyyə məhdudiyyətləri riskini nəzərə almalı olacaq. İştirak etmədiyi halda isə Aİİ daxilində yaranan yeni ödəniş və hesablaşma imkanlarından kənarda qala bilər. Üçüncüsü, Aİİ ölkələri Ermənistanı keçməyən yeni logistika marşrutlarına və ticarət dəhlizlərinə üstünlük verə bilərlər. Bu isə Ermənistanın tranzit və reeksport imkanlarına birbaşa təsir göstərə bilər.

Üstəlik, belə bir prosesin Ermənistanın dövlət maliyyəsi baxımından daha həssas mərhələyə qədəm qoyduğu bir dövrdə baş vermə ehtimalı vəziyyəti daha kritik edə bilər. Proqnozlara görə, Ermənistanın dövlət borcu 2029-cu ildə təxminən 21 milyard dollara yaxınlaşacaq. Yəni, İMF-nin hesablamalarına görə, Ermənistanın dövlət borcu ÜDM-nin 50 faizindən çox olacaq. Əgər nəzərə alsaq ki, Aİİ Ermənistansız yeni format yarada bilər, deməli bu rəqəmlər də kifayət qədər arta bilər.

Rəqəmlərə müraciət edək. 2025-ci ildə Ermənistanın Aİİ dövlətlərindən idxalı 5 milyard dollar, həmin ölkələrə ixracı isə 3.2 milyard dollar olub. Həmin il Ermənistan Aİİ-nin ümumi idxal gömrük rüsumları büdcəsinə təxminən 319 milyon dollar ödəyib, ittifaqın üzv ölkələri arasında rüsum bölüşdürülməsindən isə təxminən 175 milyon dollar əldə edib.

Bu rəqəmlər göstərir ki, Ermənistan üçün Aİİ ilə münasibətlərin taleyi sırf geosiyasi məsələ deyil. Burada ixrac bazarları, gömrük rejimi, logistika, əmək miqrasiyası və biznes əlaqələri kimi çoxsaylı iqtisadi faktorlar var. Aİ Ermənistana 2 milyard avroluq mal ixrac edib, Ermənistandan isə 0,5 milyardlıq mal idxal edib. 2025-ci ilin rəqəmlərinə görə Ermənistanın Aİİ ilə mal ticarəti Aİ ilə mal ticarətindən təxminən 3 dəfədən də böyükdür. Aİİ Ermənistanın ümumi ticarətinin 37,5 faizini, Aİ isə 11,3 faizini formalaşdırıb. Bu mənzərə Paşinyanın "alternativlərin yaradılması" siyasətinin qarşısındakı əsas iqtisadi sualı ortaya çıxarır: siyasi və institusional istiqaməti dəyişmək mümkündür, bəs hazırkı iqtisadi əlaqələrin yaratdığı boşluğu nə və hansı sürətlə dolduracaq?

Bu sual isə Ermənistanın sürətlə artan dövlət borcu fonunda daha da aktuallaşır. Çünki yeni iqtisadi format yeni bazarlar, investisiyalar, maliyyələşmə və infrastruktur tələb edir. Bu isə kifayət qədər vaxt və maliyyə tələb edən məsələlərdir. Bu isə İMF hesabatlarında göstərilən rəqəmlərin belə bir ssenaridə daha yüksək olacağına işarə edir.

Nəticədə Ermənistanın qarşısında iki istiqaməti eyni vaxtda saxlamaq imkanının sərhədləri getdikcə daralır. İrəvan üçün əsas məsələ isə yalnız hansı ittifaqı seçmək deyil, belə bir seçimin iqtisadi və regional nəticələrini necə idarə etmək olacaq. Aİ-nin hazırda təklif etdiyi viza liberallaşdırılması və "tulapayı" qrantlar, 5-10 ton əriyin bazarlara çıxarılması Rusiya və Aİİ bazarı, ucuz enerji, Aİİ gömrük imtiyazlarının yerini doldura bilməz. Paşinyanın isə emosional qərarla bu boşluğu doldura bilməz. Qısacası, Ermənistan hazırda iki stuldan yıxılmaq və alternativsiz qalmaq riski ilə üz-üzədir...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

3-08-2026, 14:42

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

Gündəm / Siyasət

29-01-2026, 13:19

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

Siyasət

2-09-2026, 17:16

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Gündəm / Siyasət

11-12-2024, 14:49

Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Gündəm / Cəmiyyət

2-07-2024, 14:10

Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ

Gündəm / Siyasət

16-11-2024, 14:43

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Siyasət

24-09-2026, 19:00

Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH

Sosial

15-08-2026, 16:53

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Siyasət

25-07-2025, 15:54

Paşinyanın Altay səfərinin pərdəarxası - Siyasi dilənçilik yoxsa Qərbə mesaj? - ŞƏRH

Siyasət

10-09-2026, 15:50

Paşinyanın Fransa səfəri - Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? - ŞƏRH

Araşdırma
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
Dünən, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
Dünən, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:57
Bakıda məktəbli bıçaqlanıb
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Xəbər lenti
  • Bu gün, 16:41
    “3 saatlıq əməliyyata görə 80 manat, bu stresi yaşamağa dəyər?” - ETİRAZ
  • Bu gün, 16:29
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • Bu gün, 15:31
    “Həkimə xoş niyyətlə getmişdim, dedi ki, “damarların 100 faiz tutulub” - Hacı Aqil Məlikov səhhətindən danışdı
  • Bu gün, 15:31
    Azərbaycanda ötən ay avtobuslardan istifadə edən sərnişinlərin sayı 16 %-dən çox artıb
  • Bu gün, 15:00
    Paşinyanın Aİİ-Aİ oyunu Ermənistanı hara aparır? - geosiyasi manevr iqtisadi reallığa təslim olur
  • Bu gün, 13:02
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Bu gün, 12:58
    Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
  • Bu gün, 12:50
    Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan yararlanması məsələsi parlamentdə qaldırılıb
  • Bu gün, 12:43
    Həbsdə olan icra başçısının oğlu yeni şirkət təsis edib
  • Bu gün, 12:20
    Binəqədi və Sabunçuda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
  • Bu gün, 12:11
    Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… - İLGİNC GƏLİŞMƏ...
  • Bu gün, 11:59
    Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
  • Bu gün, 11:50
    Yarım milyon manatı vergidən yayındırma faktı üzrə cinayət işi açılıb, məhkəmə başlayır
  • Bu gün, 11:25
    İşçinin həyatı üçün AÇIQ TƏHLÜKƏ... - MÜRACİƏT
  • Bu gün, 11:01
    İlham Əliyev: İtkin düşmüş şəxslərin taleyi Ermənistanla etimadın gücləndirilməsi üçün mühüm məsələdir
  • Bu gün, 10:48
    Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:22
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:11
    "Qurtuluş 93"-də zirzəmi obyektə çevirilir - Sakinlər narazıdır
  • Bu gün, 09:34
    Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu bu gün tatamiyə çıxacaq
  • Bu gün, 09:00
    Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Azərbaycan və Böyük Britaniya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
  • Dünən, 18:31
    Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
  • Dünən, 18:22
    FHN Kəmaləddin Heydərovun oğlunun 3 mərtəbəli obyektinin istismarına icazə verdi - AY MAŞALLAH...
  • Dünən, 18:01
    Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
  • Dünən, 17:41
    Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
  • Dünən, 17:07
    Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
  • Dünən, 16:45
    Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH
  • Dünən, 16:27
    Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 16:16
    Tanınmış cərrah İcbari Tibbi Sığortanı yerdən-yerə vurdu - "Rüşvət alaq, yoxsa ölkədən gedək?"
  • Dünən, 15:43
    Anar Bayramov Qubada vətəndaşları qəbu edəcək
  • Dünən, 15:23
    Xəstələr yollarda qalıb: Yeni Klinikada MRT və KT işləmir... - NARAZILIQ VAR...
  • Dünən, 15:00
    Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır"
  • Dünən, 14:47
    Yasamalda səkilər “işğal altında” - FOTOLAR
  • Dünən, 14:27
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 13:16
    “Bu şirkətin bütün işçiləri rəsmi əmək müqaviləsi olmadan çalışırlar...” - Prezident Administrasiyasına MÜRACİƏT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə