Sizin reklam burada 728×90
Son dəqiqə

Abel Məhərrəmovun adı yeni qalmaqalda – Qazinin torpağını xanımının adına rəsmiləşdirib?

03.04.2025 16:49 480 1 dəq oxunur
Abel Məhərrəmovun adı yeni qalmaqalda – Qazinin torpağını xanımının adına rəsmiləşdirib?
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovla Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov arasında torpaq qalmaqalı davam edir.

Bakunews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytardıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsində baxış iclası keçirilib. İclasda tərəflərin sənədləri araşdırılıb və bundan sonra proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov xəbəri təsdiqləyib. O, bildirib ki, apellyasiya instansiyasının bu dəfə ədalətli qərar qəbul edəcəyinə inanır.

Nazim Əmirov Abel Məhərrəmovun Altıağac qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirməkdə ittiham edir. Polkovnik-leytenant iddia edir ki, keçmiş rektor ona məxsus torpaq sahəsində özünə dəbdəbəli villa tikib.

Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub. Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Bundan sonra o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işə yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az