Sizin reklam burada 728×90
Son dəqiqə

“OBA”da partlayış oldu - Yaralananlar var

27.02.2025 09:31 1 049 1 dəq oxunur
“OBA”da partlayış oldu - Yaralananlar var
Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.

Bu barədə “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova məlumat verib.

İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az