Sizin reklam burada 728×90
Son dəqiqə

Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub

23.01.2025 11:50 344 1 dəq oxunur
Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Görüş zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

“Kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində səmərəli və uğurlu əməkdaşlığımızın əsasında ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri dayanır”, - deyə D.Sonqulaşvili bildirib.

Azərbaycan səfiri nazirə yeni vəzifəsində uğurlar arzulayıb.

“Ətraf mühitin qorunması və kənd təsərrüfatı bizim üçün əməkdaşlığın maraqlı sahələridir. Düşünürəm ki, birgə bir çox qarşılıqlı maraq doğuran layihələri həyata keçirəcəyik”, - F.Quliyev vurğulayıb.(Report”)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az