Sizin reklam burada 728×90
Son dəqiqə

2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti bəlli olub

11.01.2025 14:45 261 1 dəq oxunur
2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti bəlli olub
2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub.

"APA-Economics"in apardığı hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ərzində ən yüksək göstərici, 94.73 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 71.87 ABŞ dolları səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 ABŞ dollarından hesablanmışdı. Cari il isə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az