Sizin reklam burada 728×90
Son dəqiqə

Zakir Fərəcov partlayış baş verən ərazidə olub – FOTO

03.12.2024 13:48 266 1 dəq oxunur
Zakir Fərəcov partlayış baş verən ərazidə olub – FOTO
Sumqayıt şəhər, 13-cü mikrorayon ərazisində baş verən partlayışdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hadisə yerinə gələrək vəziyyətlə tanış olub.

Hadisə nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında 13-cü mikrorayonda beşmərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində Əliyev Ramin Zakir oğlu (1977), Əliyev Ayxan Ramin oğlu (2007) və Əliyeva Familə Ramin qızı (2010) xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimallara görə, partlayışın səbəbi qaz sızması olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.
Zakir Fərəcov partlayış baş verən ərazidə olub – FOTO


Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az