Sizin reklam burada 728×90
Son dəqiqə

Tuneldə ölən Elnurla Köçəri dəfn edildi

23.10.2024 14:23 309 1 dəq oxunur
Tuneldə ölən Elnurla Köçəri dəfn edildi
Oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində həyatını itirən şəxslər dəfn edilib.

48 yaşlı Elnur Fazil oğlu Şirinovun nəşi Kürdəmir şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Laçın rayon sakini olan 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov isə Kürdəmir rayonunun Muğanlı kəndində dəfn edilib.

Qeyd edək ki, Elnur və Köçəri ticarətlə məşğul olurmuş. Onlar “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə tuneldə qalıblar və keçidin su ilə dolması nəticəsində boğularaq vəfat ediblər.

Baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az