• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Adil Əliyevi kim əvəzləyəcək... - Gülşən Paşayeva, yoxsa Fariz İsmayılzadə?

Gündəm / Cəmiyyət

13-09-2024, 15:16



Hazırda Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar son şikayətləri araşdırır. Açığı, bu prosesin sonunda hansısa dairədə seçkinin nəticələrinin ləğv ediləcəyi gözlənilmir. Uzağı, hansısa seçki məntələrində nəticələr ləğv edilə bilər ki, bu da ümumi nəticəyə təsir göstərməyəcək. Bundan sonra prosedura uyğun olaraq, Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəcək və yenu seçilən parlament fəalaiyyətə başlayacaq. İndilik aktual olan məsələlərdən biri isə parlamentə rəhbərliyin kimə həvalə olunacağıdır.

Bəlli olduğu kimi, Milli Məclisə rəhbərlik sədr, onun birinci müavini və digər iki müavin tərəfindən həyata keçirilir. Parlamentə yenidən Sahibə Qafarovanın rəhbərlik edəcəyi o qədər də şübhə doğurmur. Birinci və ikinci müavin isə, müvafiq olaraq, hakim və ən çox səs toplayan müxalifət partiyasının deputatları arasından seçilir. Bu baxımdan hakim partiyanın deputatı Əli Hüseynlinin yenidən öz kreslosunu qoruyacağı gözləniləndir. Müxalifət partiyaları arasında ən çox manadat əldə edənlər isə VHP (3 mandat) və ƏHD (2 mandat) partiyalarıdır. Böyük ehtimalla, VHP təmsilçisi Fəzail İbrahimli də müavinlik statusunu saxlaya biləcək.

Ən çox maraq doğuran isə ötən seçkidə Milli Məclis sədrinin müavini olan Adil Əliyevi kimin əvəzləyəcəyidir.
Qeyd edək ki, bu barədə ilk dəfə müzakirələr hələ Adil Əliyevin yenidən deputat seçilməyəcəyi dəqiqləşəndə, sabiq vitse-spiker Suraxanıya icra başçısı təyin olunanda gündəmə gəlmişdi. Seçkilərdən sonra bu istiqamətdə müzakirələr daha da artıb.

İlk vaxtlar bu posta seçiləcək şəxslər arasında BQP sədri Fazil Mustafa və 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputat seçilən Şahin Seyidzadənin adı çəkilirdi. Hətta ikincinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrliyindən parlamentə gətirilməsinin də bununla əlaqədar olduğu bildirilirdi.
Artıq Fazil Mustafanın vitse-spiker seçiləcəyi məsələsi öz aktuallığını itirib. Çünki birincisi, partiya bu dəfə də mandatlarının sayını artıra bilməyib. İkincisi, mövcud qaydalara görə, parlamnet sədrinin 3 müavini adətən, 1 nəfər hakim partiyanın, 1 nəfər ana müxalifət partiyasının, 1 nəfər isə bitərəflərin nümayəndəsi olmaqla seçilir. VHP 3 mandat qazandığı üçün vitse-spikerlərdən biri də qeyd etdiyimiz kimi, bu partiyadan olacaq.

Şahin Seyidzadə isə seçkilərə bitərəf kimi qatılsa da, onun da vitse-spiker seçiləcəyi gözlənilən deyil. Birincisi, bitərəflər arasında ondan daha təcrübəli və nüfuzlu şəxslər mövcuddur. İkincisi, parlamentdə yerlərin çoxunu əldə edən hakim partiyanın son vaxtlar diplomatları necə deyərlər, ön xəttə çıxarmaq siyasətinə üstünlük verdiyi müşahidə olunur.
Bu baxımdan fikirmizcə, hazırda boş qalan vitse-spiker postuna ya 13 saylı Xəzər ikinci Dairəsindən deputat seçilən Gülşən Paşayeva, ya da 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən Fariz İsmayılzadənin seçilmək şansı daha yüksəkdir.
Bəs, bu iki namizəddən hansı daha şanslıdır?
Gəlin, əvvəlcə qısaca olaraq, onların bioqrafiyasına nəzər salaq.

Gülşən Paşayeva 1983-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1996-2001-ci illərdəə "Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi" adlı QHT-yə rəhbərlik edib. 2001–2006-cı illərdə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun regional layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi vəzifəsində çalışıb. 2007–2009-cu illərdə isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin əməkdaşı olub.
2009-cu ilin iyulundan G.Paşayeva Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, 2011-ci ilin yanvarında isə mərkəzin direktor müavini təyin edilib. 2018-ci ilin iyul ayından Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan G.Paşayeva 2019-cu ilin dekabrında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.
Münaqişələrin həlli, təhlükəsizlik, gender və dil siyasəti məsələləri üzrə ixtisaslaşan G.Paşayeva ABŞ, Avstriya, İsveç və digər ölkələrdə sülh və münaqişələr mövzusunda 140-dan artıq beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak edib, münaqişələrin həlli texnikası və danışıqlar prosesinə dair tədqiqatlar aparıb. Ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

77 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən alim və diplomat, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə digər iddialıdan daha gənc olmasına rəğmən, yalnız elm və təhsil deyil, həm də idarəetmə və diplomatiya sahəsində də ciddi uğurlar əldə edib.
F.İsmayılzadə 1996–2000-ci illərdə Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton Universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili alıb, hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2013–2015-ci illərdə İspaniyanın Madrid şəhərində Beynəlxalq Biznes Məktəbində təhsil alaraq buranı "Ekzekyutiv MBA" ixtisasi üzrə bitirib, ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsilini davam etdirib.
F.İsmayılzadə 2003–2005-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatında müxtəlif qısamüddətli layihələrdə koordinator və menecer vəzifələrində çalışıb. 2006-cı ildə "ADA" Universitetinin prorektoru təyin edilib, beynəlxalq əlaqələr, 120 xarici universitet ilə mübadilə, ixtisasartırma proqramları, tədqiqat və sponsorluq layihələri, korporativ və hökumət tərəfdaşları ilə əlaqələr, marketinq və media əlaqələri sahələri üzrə kurator olub. Avropa İttifaqı üzrə Bilik Mərkəzinə, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinə və İnkişaf və Diplomatiya İnstitutuna rəhbərlik edib.
2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvüdür.
ABŞ və Avropanın müxtəlif nəşrlərində, o cümlədən Mərkəzi Asiya-Qafqaz İnstitutu, Ceymstaun Fondu, Eurasiaet.org, Rüblük Türk Siyasəti, Strateji Araşdırmalar Mərkəzinin (SAM) icmalında enerji təhlükəsizliyi və regional siyasət mövzusunda 300-dən çox məqalələri dərs olunub. "Tərəqqi" və "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" medalları ilə təltif edilib.
Göründüyü kimi, vitse-spiker seçiləcəyi iddia olunan hər iki deputatın tərcümeyi-halı xeyli zəngindir. Onların hər ikisi savadlı, təcrübəli, məsul olduqları sahədə özlərini təsdiqləmiş kadrlar kimi diqqəti cəlb edirlər.
Lakin müqayisə etdikdə, F.İsmayılovun bu postu qazanmaq şansı daha çoxdur. Birincisi, ixtisasca filoloq olan G.Paşayevadan fərqli olaraq, F.İsmayılzadə bilavasitə siyasət və beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb. Fəaliyyət göstərdikləri sahələrə gəlincə, G.Paşayeva daha çox münaqişələr, dil, gender və analitika məsələləri üzrə çalışıb, P.İsmayılzadə isə praktik diplomatiya və idarəetmə sahəsində təcrübə toplayıb. Yuxarıda qeyd etdiyimiz kimi, budəfəki parlamentdə diplomatik fəaliyyətlə məşğul olan şəxslərə üstünlük verilməsi tendensiyası da diqqətdən yayınmır. Təsadüfi deyil ki, bu dəfə parlamentə seçilənlərdən 4 nəfər (Polad Bülbüloğlu, Qaya Məmmədov, Rizvan Nəbiyev, Zaur Şükürov ) diplomatdır. Bu baxımdan vitse-spiker kimi F.İsmayılzadəyə "stavka" olunacağı ehtimalı daha böyükdür.
BakuPost

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-09-2024, 13:35

Əli Əhmədovun yerinə bu nazir gətirilir

Cəmiyyət

27-07-2024, 14:31

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək

Gündəm / Cəmiyyət

10-09-2024, 12:41

ETSN rəhbəri postunda DƏYİŞİKLİK... GÖZLƏNİLİR!

Cəmiyyət

10-07-2024, 11:38

MSK-da müşavirə keçirilir

Cəmiyyət

6-08-2024, 14:53

Deputatların 74 faizi yenidən NAMİZƏDDİR

Cəmiyyət

5-08-2024, 12:36

Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır

Cəmiyyət

30-07-2024, 16:10

PARLAMENTİN YENİ VİTSE-SPİKERİ... - Adil Əliyevin yerinə kimin təyin ediləcəyi məlum oldu

Cəmiyyət

7-08-2024, 12:14

Milli Məclisdə Ziyad Səmədzadənin ağsaqqallığına ehtiyac var idimi? - Nəticələrini oynatmalı olan vaxtında...

Cəmiyyət

17-07-2024, 16:32

Onlar deputat olmaq istəmədilər

Gündəm / Cəmiyyət

21-02-2024, 14:55

Konstitusiya Məhkəməsinin sədrini kim TƏYİN EDİR...

Gündəm / Cəmiyyət

31-08-2024, 09:01

Bu gün Milli Məclisə seçkilərlə əlaqədar “sükut günü”dür

Gündəm / Cəmiyyət

13-02-2024, 16:48

Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • Dünən, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Dünən, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Dünən, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Dünən, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Dünən, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Dünən, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Dünən, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Dünən, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Dünən, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Dünən, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Dünən, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Dünən, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Dünən, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Dünən, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Dünən, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Dünən, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Dünən, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Dünən, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Dünən, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Dünən, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Dünən, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 21-09-2026, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • 21-09-2026, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • 21-09-2026, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • 21-09-2026, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • 21-09-2026, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • 21-09-2026, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • 21-09-2026, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • 21-09-2026, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • 21-09-2026, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə