• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AĞDAM RİH BAŞÇISININ MÜAVİNİ ALLAHVERƏN ƏLİYEVİN İŞİ BAŞ PROKURORLUQDA ARAŞDIRILIR -RƏSMİ

Gündəm / Cəmiyyət

28-08-2024, 15:40

Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Əliyevin işi Baş Prokurorluqda araşdırılır...

Məlumata görə, Allahverən Əliyev ötən həftə Azərbaycan Seçki Məcəlləsinin müxtəlif maddələrini kobud surətdə pozaraq uzun illərdir PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev tərəfindən Ağdamdan deputat etdirilən Bəxtiyar Əliyevin yenidən rayondan deputatlığa namizədliyinin təbliğatına qoşulmuşdur. O, bununla da qanunla qadağan edildiyi halda, inzibati resurslardan Bəxtiyar Əliyevin təhriki ilə onun xeyrinə istifadə etmişdir. Bu isə digər namizədlərin seçki hüquqlarının kobud surətdə tapdanması, Seçki Məcəlləsinin tələblərini ciddi şəkildə pozmaq deməkdir. Hansı ki, bu dəfəki növbədənkənar seçki Prezident İlham Əliyevin siyasi iradəsinin məhsuludur.

Beləliklə, Ağdam 119 saylı Seçki Dairəsindən deputatlığa namizəd Asif Millət oğlu Məmmədov (Asif Mərzili) Baş Prokurorluğa və Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət etmişdir.
Baş Prokuroluqdan isə bu gün deputatlığa namizəd Asif Mərziliyə cavab gəlmişdir. Deputatlığa namizədin səlahiyyətlisi, Qarabağ Müharibəsi veteranı, jurnalist Elçin Məmmədli araz.az- a bildirdi ki, Baş Prokurorluqdan deputatlığa namizədin seçki qərərgahına belə bir məzmunda məktub daxil olmuşdur:

"Azərbaycan Respublikasının Baş Prokurorluğu

Asif Məmmədov Millət oğluna. Sizin 24-174-01-02-004425 nömrəli müraciətinizin icrası təqdim edilmiş maddi sübutlarla birlikdə aidiyyəti üzrə həvalə edilmişdir. İcrası barədə Sizə əlavə məlumat veriləcəkdir.

Hörmətlə: Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi"

***

Elçin Məmmədli bizə şikayət məktubunun surətini də təqdim etdi.

Məktubda yazılır:

"Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

Çox hörmətli Kamran müəllim.

Mən müstəqil namizəd olaraq 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizədəm və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat və təşviqat fəaliyyətimi həyata keçirməkdəyəm. Lakin həmin dairədən deputatlığa namizəd (20 ildir Ağdamdan deputatdır) Bəxtiyar Həmzə oğlu Əliyev deputat olduğu 20 il ərzində seçiciləri ilə görüşüb onlarla bir millət vəkili kimi təmas qurmadığından indi təbliğat və təşviqat fəaliyyətini qura bilmir, nəticədə, qanunsuz əməllərini həyata keçirməkdədir. Məsələn, o, bütün məntəqələrdəki sədrlərə və ya digər məsul şəxslərə belə bir feyk məlumat yaymışdır ki, guya o yenə də deputat olacaq və s. Mənə təmasda olduğum seçicilərim də bunu bildirirlər. Bu fakt nəinki cənab Prezident İlham Əliyevin şəffaf və ədalətli seçki keçirilməsi barədə ortaya qoyduğu siyasi iradəyə arxa çevirməkdir, həm də seçicilərin seçki ruhunu öldürməkdir.

Bir neçə kənddə seçiciləri tərəfindən olduqca pis münasibətlə qarşılanıb qovulanB.Əliyev indi başqa bir qanunsuz yola əl atmışdır. O, artıq neçə dəfədirseçicilərlə görüşə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevlə, eləcə də aidiyyəti icranümayəndələrinin iştirakı və başqa rəsmi şəxslərlə gedir. Bu isə Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozulması deməkdir. Mən neçə dəfədir təkrarlanan bu qanunsuzfəaliyyətə reaksiya verməməyə çalışmışam, çünki məni uzun illərdir Ağdamrayon sakinlərinin problemlərinin həllinə dəstək verən bir jurnalist, qəzet rəhbərikimi rtanıyırlar. Lakin dünən-avqustun 20-də baş verən hadisə məni Sizəmüraciət etməyə sövq etdi. Belə ki, o, həmin gün saat 11:00 radələrində rayonun«Dördyol-1» köçkün qəzəbəsində, sonra isə digər məntəqədə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevi və RİH-nin başqa bir şöbə müdirini, icra nümayəndəsini öz təbliğatına cəlb etmişdir. Bu barədə seçicilərim tərəfindən mənə video-görüntütəqdim edilmişdir. A.Əliyev B.Əliyevlə birlikdə məntəqə sədrlərinə və icra nümayəndələrinə, yaxud idarə müdirlərinə zəng etdirərək B.Əliyevlə görüşə adam toplamağı tapşırır və özü də həmin görüşə qatılır. Hamı RİH başçısının 1-ci müavinini bu görüşlərdə görəndə isə onlarda belə rəy yaranır ki, deməli, Bəxtiyar Əliyev yenə də qutudan deputat kimi çıxacaq. Bu isə cənab Prezident İlham Əliyevin siyasi iradəsinin məhsulu olan parlament seçkilərinin qəsdən gözdən salınmasına xidmət edir. Neçə gündür seçicilərim mənə zəng edir ki, bəs, xəbər yayılıb, B.Əliyev deputat olacaq. Deyirəm, bu məlumat sizdə hardandır, deyirlər ki, Allahverən Əliyev onunla təşviqat aparırsa, bu artıq o qənaəti ortaya qoyur və s.

Hesab edirəm ki, Bəxtiyar Əliyev və Allahverən Əliyev Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduğu üçün B.Əliyevin namizədliyi ləğv olunmalıdır və onun, eləcə də Allahverən Əliyevin əməllərinə hüquqi qiymət verilməlidir. Seçicilərimdən mənə təqdim edilən maddi sübutlar var və təqdim etməyə hazıram.

Xahiş edirəm, qanuna müvafiq olaraq deputatlığa namizəd Bəxtiyar Həmzə oğlu Əliyevin və Ağdam RİH başçısının müavini Allahverən Əliyevin barəsində qanuni tədbir görəsiniz.

Asif Millət oğlu Məmmədov,

Deputatlığa namizəd,

"Təzadlar" qəzetinin baş redaktoru

21.08.2024".

***

Xatırladırıq ki, Allahverən Əliyevin başı bir müddətdir qalmaqaldadır. Belə ki, Ağdam RPŞ- də çalışan zabit oğlunun işi ilə bağlı redaksiyaya şok məlumatlar daxil olub. Bu barədə tezliklə yazı təqdim ediləcək...

"araz.az"

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

26-08-2024, 14:51

Ağdam RİH başçısının müavini Mehriban Əliyevanın ad gününə həsr edilmiş iməciliyi pozub -TƏXRİBAT

Cəmiyyət

17-07-2024, 14:31

Xanımı Sabir Rüstəmxanlının deputat olduğu dairədən namizədliyini irəli sürdü

Gündəm / Cəmiyyət

24-07-2024, 16:51

Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edilib - MAL-MÜLKÜNÜ GİZLƏDİB

Siyasət

19-12-2023, 17:19

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi - Təsdiqləndi

Gündəm / Sosial

22-07-2024, 11:59

Elton Məmmədov, görün, hansı YAP-çı ilə mübarizə aparacaq… - Hər ikisi...

Gündəm / Cəmiyyət

25-07-2024, 14:11

Polad Bülbüloğlunun seçkilərə getməyi TƏSDİQLƏNDİ - ÖZƏL

Cəmiyyət

26-08-2023, 14:33

Pensiya yaşını keçmiş DEPUTATLAR - SİYAHI

Cəmiyyət

12-08-2024, 13:29

“Bakı Tikiş Evi” seçki məntəqəsinə çevrilib – rəqibindən Elnur Rəhimova reaksiya

Cəmiyyət

13-07-2024, 07:57

Bu gündən deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsinə başlanılır

Gündəm / Cəmiyyət

29-07-2024, 18:53

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi prosesi başa çatır

Cəmiyyət

12-07-2024, 18:00

307 nəfərin deputatlığa namizədliyi irəli sürüldü

Cəmiyyət

27-07-2024, 14:31

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Hadisə
8-07-2026, 10:46
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
7-07-2026, 11:47
İkinci kurs tələbəsi vəfat etdi
7-07-2026, 11:20
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
6-07-2026, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 13:41
Sürdüyü maşında öldü
Xəbər lenti
  • Bu gün, 11:53
    Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR
  • Bu gün, 11:33
    Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son qəbul edilib
  • Bu gün, 11:17
    Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
  • Bu gün, 10:51
    IV Şuşa Qlobal Media Forumu keçiriləcək
  • Bu gün, 10:40
    Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir
  • Bu gün, 10:05
    BİZİM TƏQVİM: 10 iyulda baş vermiş tarixi hadisələr
  • Bu gün, 09:31
    “Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
  • Bu gün, 09:19
    Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
  • Dünən, 19:00
    Azərbaycanda qaz istehlakçıları üçün yeni qaydalar təsdiq edilib
  • Dünən, 18:45
    "Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib
  • Dünən, 18:23
    Sabah Bakı, Saatlı və Hacıqabulun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 18:17
    Sahibə Qafarova: Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil
  • Dünən, 16:59
    İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
  • Dünən, 16:30
    Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək
  • Dünən, 16:11
    Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı (FOTO)
  • Dünən, 15:43
    Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib
  • Dünən, 14:43
    Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub
  • Dünən, 14:28
    Azərbaycan XİN Cənubi Sudanı təbrik edib
  • Dünən, 13:07
    Sabah 37 dərəcə isti olacaq
  • Dünən, 12:39
    ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
  • Dünən, 12:19
    Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
  • Dünən, 12:09
    Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır
  • Dünən, 11:44
    Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb
  • Dünən, 11:34
    “Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır
  • Dünən, 11:04
    Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
  • Dünən, 10:54
    Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
  • Dünən, 10:32
    Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb
  • Dünən, 10:28
    Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
  • Dünən, 09:52
    Azərbaycan neftinin qiyməti 82 dolları keçib
  • Dünən, 09:45
    ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
  • Dünən, 09:24
    Bu gün Azərbaycanda Diplomatiya Günüdür
  • 8-07-2026, 18:24
    Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH
  • 8-07-2026, 18:01
    Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
  • 8-07-2026, 17:17
    Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH
  • 8-07-2026, 17:05
    DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə