Sizin reklam burada 728×90
Son dəqiqə

Quterreş Dağıstanda törədilən terror aktını pisləyib

24.06.2024 18:34 393 1 dəq oxunur
Quterreş Dağıstanda törədilən terror aktını pisləyib
BMT-nin Baş katibi Antonio Quterreş Dağıstanda baş verən terror aktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.

Onun sözlərini sözçüsü Stefan Düjarrik rəsmi internet saytında dərc etdiyi bəyanatda çatdırıb.

“BMT-nin Baş katibi Dağıstanda yəhudi və xristianların dini obyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarını ən kəskin şəkildə pisləyir”, - bəyanatda deyilir.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı vəfat edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az