Sizin reklam burada 728×90
Son dəqiqə

İyulda Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək

30.05.2024 13:03 576 1 dəq oxunur
İyulda Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək
İyul ayında Azərbaycan dili üzrə ilk sertifikasiya imtahanı keçiriləcək.

Bunu Modern.az müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Azərbaycan dili üzrə sertifikasiya imtahanının proqramları hazırdır.

DİM rəhbəri sertifikasiya imtahanından əvvəl sınaq imtahanının keçiriləcəyini söyləyib:

“Sınaq imtahanına hər kəs onlayn qoşula biləcək. İmtahana qoşulmazdan əvvəl iştirakçı müvafiq anketə cavab verməlidir. Anketdə şəxsi məlumatlar yer alacaq. Bu suallar cavablandırıldıqdan sonra həmin imtahana qoşula biləcək. İmtahanla əlaqədar elmi-statistik təhlil aparmaq üçün bu məlumatların toplanılması lazımdır”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az