• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Asiman Həsənov Bakı Sağlamlıq Mərkəzində baş verən hadisəni “ört-basdır“ edir?

Gündəm / Səhiyyə

4-03-2024, 19:02

On bir yaşlı Xədicə Babazədənin komaya düşdüyü Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkilir. Bakunews.az: Bu barədə Xədicə Babazadənin atası Zamin Babayev məlumat yayıb. Z.Babayev yazır ki, övladına narkoz veriləndə onu stomatoloji kabinetdə oksigen xəttinin olmasına arxayın ediblər. Qeyd edək ki, fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşıb. Bir müddət sonra isə uşaq komaya düşüb.

Asiman Həsənov "Tərəqqi" medalına layiq görüldü

Xədicə Babazadənin atası övladının komaya düşməsini müayinədən keçirilmədən narkoz verilməsi ilə əsaslandırır: “Fevralın 21-də 11 yaşlı qızım Xədicənin iki dişinə plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. Lakin uşağa heç bir müayinədən keçirmədən, etirazımızın olmasına baxmayaraq narkoz verdilər. Narkozun dozası çox olub, ya nəzarətsiz qalıb, bilmirik. O vaxtdan vəziyyəti ağırlaşdı və komaya düşdü. Təxminən 40 dəqiqə keçəndən sonra bizə dedilər ki, uşağın təzyiqi düşmüşdü, təzyiqini normallaşdırmaq üçün reanimasiyaya salırıq. Bir saata özünə gəlsin, evə göndərəcəyik. Bizi aldatdılar, görünür ki, anestezioloq lazımi müayinələri etməmişdi. Bəlkə də narkoz lazımı dozadan artıq olub. Bəlkə də, o uşağın yanında olmayıb. Sonradan öyrəndik ki, ürəkdayanma olub. Bu zaman erkən müdaxilə 3-5 dəqiqə ərzində olunarsa, beynə oksigen gedər. Uşağı başıaşağı çevirməli idilər ki, qan beynə işləsin. Qızım Bakı Sağlamlıq Mərkəzində 4 gün qalıb. Beyin zədələnməsi zamanı qızıl dönəm ilk 72 saat sayılır. Doğru tədbirlər aparılarsa, beyni mümkün qədər qorumaq ola bilər. Uşaq 8 dəqiqə, bəlkə də, 15-20 dəqiqə nəzarətsiz qalıb və fəsadlar ortaya çıxıb. Öz təşəbbüsümüzlə xəstəxanadan çıxarıldı və köçürüldü. Hazırda uşaq Mərkəzi Klinikadadır, beyni MRT olunub və fəsadlarda artma var. Vəziyyəti kritikdir və ağır koma vəziyyətindədir. Anestezioloq ortada yoxdur, onunla danışa bilməmişik. Nə rəhbərlik səviyyəsində təşəbbüs göstərilmədi, bizə köməklik olunmadı. 3-4 gün aldadaraq vaxtımızı aldılar. Gözləyirdilər ki, koridorlarda 3-4 gün qalaraq süstləşək və bu vəziyyəti qəbullanaq”.


Bakı Sağlamlıq Mərkəzində stomatoloq kimi çalışan Bəhruz Rüstəmov də məsələ ilə bağlı açıqlama verib:
“15.02.2024 tarixində mənim nömrəmə Şahnaz xanım tərəfindən qızı 11 yaşlı Xədicə Zamin qızı Babazadənin müalicəsi ilə bağlı müraciət olundu. Mən isə bildirdim ki, qeydiyyatla bağlı köməkçimlə əlaqə saxlasınlar. Köməkçim adıçəkilən 11 yaşlı Xədicəni 21.02.2024 tarixinə qəbuluma yazdı. Öncədən Xədicənin valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloqa da vaxt bildirilmişdi və o da dəvət olunmuşdu. Həmin tarixdə hər iki valideyni uşağı ortopantomogram rentgeni ilə birlikdə işlədiyim klinikaya gətirdi. Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli proseduralar haqqında məlumat verdim (21-ci dişin endodontik müalicəsi, 46-cı dişin restavrasiyası, 36-cı dişin endodontik müalicəsi). Sonra anestezioloqlar uşağın valideynləri ilə müvafiq danışıq, müayinə və razılaşmadan sonra valideynlərin prosedur otağından çıxmalarını xahiş etdilər. Anestezioloqla söhbət əsnasında o da məlum oldu ki, 11 yaşlı Xədicə psixiatr yanında mütəmadi müalicədədir. Ümumi intubasion anesteziyaya başladılar, tam monitorizasiya etdilər və mənim işə başlamağıma icazə verdilər.
Mən də 30 dəqiqə ərzində bir neçə iş gördüm:

1. 46-cı dişin restavrasiyası.
2. 21-ci dişin endodontik müalicəsi.


Onu da qeyd etmək istəyirəm ki, pasiyent ümumi intubasion anesteziyada olduğuna görə yerli anesteziyaya ehtiyac yox idi və olunmadı. İlk gördüyüm iş 46-cı dişin restavrasiyası idi. Müalicə təxminən 15 dəqiqə çəkdi. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum.

Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirdikdən sonra digər anestezioloq-reanimatoloqları prosedur otağına təcili çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim. Anestezioloq-reanimatoloqlar isə xəstənin intensiv müalicəsini davam etdirmək üçün işlədiyimiz klinikanın reanimasiya şöbəsinə yerləşdirildi.
Xədicə balanın əzizlərini tam anlayıram və hadisə olan gündən vəziyyəti daim diqqətimdə olub. Hazırda xəstənin müalicəsi ilə məşğul olan həkimlərlə daim təmasdayam, vəziyyəti barədə mütəmadi məlumat alıram. Məsələnin tibbi və hüquqi tərəflərini bir kənara qoyaraq, Xədicə balamızın tez bir zamanda sağalmasını arzulayıram”.


Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin baş direktoru Asiman Həsənovdur.

Asiman Həsənov sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxs olduğu iddia edilir.

Asiman Həsənovun Tədris Cərahiyyə Klinikasının baş həkimi olarkən MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələrinin olduğu, bir çox qanunsuz işləri həyata keçirdiyi barədə mediada yazılar tirajlanıb.

O zaman yayılan xəbərlərə Asiman Həsənov mövqe bildirməyib.(Azfakt)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə / Ölkə

7-09-2022, 15:54

13 yaşlı qızın dünyaya gətirdiyi uşağın atası da yeniyetmə imiş - DETALLAR

Şou-biznes

2-11-2023, 21:38

Komaya düşən Əməkdar artistin son durumu AÇIQLANDI

Gündəm / Cəmiyyət

3-12-2023, 10:40

DYP-dən sağlamlıq imkanları məhdud şəxslərlə bağlı MÜRACİƏT

Dünya

9-08-2022, 13:39

Qaçış iştirakçısı yarışdan sonra öldü

Təhsil / Dünya

30-06-2023, 19:56

Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub

Hadisə

10-09-2022, 19:20

Sumqayıtda 41 yaşlı kişi qonşularını yandırdı

Hadisə

18-08-2022, 09:55

Bakıda 16 yaşlı qız itkin düşüb

Cəmiyyət / Sosial

18-10-2023, 10:43

Sabiq oliqarx-deputatın şirkəti dövlət qurumlarına meydan oxuyur

Maraqlı

7-08-2022, 14:17

Xəstəlikləri proqnozlaşdıran ağıllı döymə ixtira olundu

Gündəm / Cəmiyyət

12-02-2024, 10:56

Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılır

Gündəm / Cəmiyyət

29-01-2024, 14:37

Yaşlı qadını qucağına alan yeniyetmə xəstəxanaya yerləşdirildi - RƏSMİ

Hadisə

28-07-2022, 13:29

"Şəhid qardaşı" HƏBS EDİLDİ - Görün NƏLƏR EDİRMİŞ

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Dünən, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 14:42
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
5-08-2026, 10:24
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
Xəbər lenti
  • Bu gün, 12:45
    İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
  • Bu gün, 12:34
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • Bu gün, 12:20
    Ananın ürək dağlayan müraciəti: "Qızımın təhsil hüququnun qorunmasına kömək edin"
  • Bu gün, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • Bu gün, 11:41
    Yeni agentliyin mətbuat katibi o oldu - Foto
  • Bu gün, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • Bu gün, 11:10
    Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı-VİDEO
  • Bu gün, 10:41
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • Bu gün, 10:26
    "Euro Türk Mərmər-Ağlay" MMC-nin dövlətə borcu var
  • Bu gün, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • Bu gün, 09:58
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • Bu gün, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • Bu gün, 09:16
    Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın! VİDEO
  • Bu gün, 08:59
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Dünən, 18:39
    DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
  • Dünən, 18:30
    Rəsmi Bakı Yamaykanın Müstəqillik Gününü təbrik edib
  • Dünən, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • Dünən, 18:05
    Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib
  • Dünən, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • Dünən, 17:29
    Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.
  • Dünən, 17:14
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • Dünən, 16:56
    "Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur
  • Dünən, 16:49
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • Dünən, 16:41
    TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı
  • Dünən, 16:05
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • Dünən, 15:54
    "Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur
  • Dünən, 15:43
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • Dünən, 15:27
    Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
  • Dünən, 15:01
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • Dünən, 14:52
    “Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
  • Dünən, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • Dünən, 13:13
    Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
  • Dünən, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
  • Dünən, 12:54
    29 600 manatlıq maliyyə pozuntusu, qanunsuz şagird köçürmələri və iki əmr kitabındakı gizlinlər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə