Sizin reklam burada 728×90
Son dəqiqə

Doktorantura təhsilində YENİLİK

23.02.2024 19:16 627 1 dəq oxunur
Doktorantura təhsilində YENİLİK
“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Dəyişikliklər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ilə əlaqədardır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə fəlsəfə və elmlər doktorları hazırlayan Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu (AzETSPİ) və “Azərbaycan Hidrotexnika və Meliorasiya” Elmi-İstehsalat Birliyi (“AzH və M” EİB) “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə fəlsəfə doktorlar hazırlayan “ Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə fəlsəfə və elmlər doktorları hazırlayan Su və Meliorasiya Elmi Tədqiqat İnstitut və Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az