Sizin reklam burada 728×90
Son dəqiqə

İsraillilər İrandan 1 milyard təzminat tələb edir

01.02.2024 16:48 300 1 dəq oxunur
İsraillilər İrandan 1 milyard təzminat tələb edir
7 oktyabrda HƏMAS qruplaşmasının İsraildə keçirilən musiqi festivalına hücumu nəticəsində həlak olanların yaxınları İranı ABŞ federal məhkəməsinə şikayət edib və Tehrandan təzminat tələb edib.

Bu barədə NBC kanalı məlumat yayıb.

Məlumata görə, iş üzrə 67 iddiaçı, o cümlədən yaralılar və ya keçmiş girovlar, həmçinin ölənlərin ailə üzvləri Vaşinqton Federal Məhkəməsinə iddianamə göndərib.

İddiaçılar İranı HƏMAS-ı maliyələşdirməkdə və onun üzvlərinə təlim keçməkdə ittiham edir.

Onlar İrandan bir milyard dollar məbləğində təzminat tələb ediblər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az