Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya ilə silahla bağlı problemlər həll olunub - Ermənistan MN

22.01.2024 14:24 325 1 dəq oxunur
Rusiya ilə silahla bağlı problemlər həll olunub - Ermənistan MN
Rusiya ilə silahla bağlı problemlər həll olunub - Ermənistan MN

"Rusiya şirkətləri ilə silah sektorunda problemli məsələlər əsasən həll olunub".

Bu, Ermənistan Müdafiə Nazirliyinin "Azadlıq Radiosu"nun erməni xidmətinin yazılı sorğusuna cavabında yazılıb.

Qeyd olunub ki, bununla belə, bəzi problemlər həllini tapmayıb.

Xatırladaq ki, uzun müddət baş nazir Nikol Paşinyan Moskvanı ödənişi edilmiş silahları İrəvana təhvil verməməkdə ittiham edirdi. Lakin bu yaxınlarda Rusiyadan Ermənistana "Smerç"lər tədarük olunub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az