Sizin reklam burada 728×90
Son dəqiqə

4 körpənin ölümünə görə işdən çıxarılan vəzifəlilər KİMLƏRDİR... - FOTO

10.01.2024 20:06 619 1 dəq oxunur
4 körpənin ölümünə görə işdən çıxarılan vəzifəlilər KİMLƏRDİR... - FOTO
Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində 4 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Onlardan biri Mərkəzin direktoru Mehriban Abasquliyevadır.

Mehriban Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 1986-1987-ci illərdə ATU-da internatura təhsili alıb. 1988-1994-cü illərdə 1 saylı Qadın məsləhətxanasında həkim-mama-ginekoloq, 1994-1998-ci illər arasında isə baş həkim vəzifəsində çalışıb.
4 körpənin ölümünə görə işdən çıxarılan vəzifəlilər KİMLƏRDİR... - FOTO

O, 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib.

2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində çalışıb. O, Perinatal Mərkəzə 2022-ci ilin dekabrında direktor təyin edilmişdi

Məsuliyyətə cəlb edilən digər vəzifəli şəxs Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayevdir. 1966-cı ildə anadan olan Mustafayev 1990-cı ildən Sumqayıt şəhər 1 saylı Doğum evində həkim anestezioloq-reanimatoloq işləyib, 1995-2000 ci illərdə Anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

2001-2010 cu illərdə Respublika Doğum Evində Anesteziologiya-reanimasya şöbəsinin müdiri olub. 2010-cu ildən Respublika Perinatal Mərkəzində Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən üçüncü şəxs isə Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlidir.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.(Modern)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az