Sizin reklam burada 728×90
Son dəqiqə

Britaniya Kosovoya hərbi qüvvə göndərir

02.10.2023 16:07 523 1 dəq oxunur
Britaniya Kosovoya hərbi qüvvə göndərir
Böyük Britaniyanın hərbi qüvvələri NATO-nun tələbi ilə alyansın Kosovodakı sülhməramlı missiyasına yerləşdiriləcək.
BakuNews.azxəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat verub. Bildirilib ki, Kosovonun şimalında baş verən hadisələrin ardınca Britaniya, qüvvələrinin NATO-nun Kosovodakı sülhməramlı missiyasına yerləşdirilməsinə qərar verib.
Bəyanatda deyilir: “NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavolinin tələbi və alyansın çağırışından sonra Britaniya, illik hərbi əməliyyatlar çərçivəsində Kosovoda olan 400 nəfərlik Britaniya kontingentinə qoşulmaq üçün təxminən 200 əsgər yerləşdirəcək".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az