Sizin reklam burada 728×90
Son dəqiqə

Bu ölkədə naməlum xəstəlikdən 3 nəfər öldü

16.07.2022 17:11 511 1 dəq oxunur
Bu ölkədə naməlum xəstəlikdən 3 nəfər öldü
Tanzaniyada 13 nəfər naməlum xəstəliyə yoluxub.

bakunews.az milli.az trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş həkimi bildirib.

Bu günədək həmin xəstəlikdən üç nəfər həyatını itirib.

Qeyd olunur ki, xəstəliyin simptomları Ebola və Marburq qızdırmalarını xatırladır. Xəstədə yüksək temperatur, başağrısı, yorğunluq və burundan qanaxma müşahidə olunur.

Bu xəstəliyə yoluxan şəxslərin analizləri Ebola və Marburq xəstəliyini təsdiq etməyib. Bundan başqa, COVID-19 testi də mənfi nəticə verib.

Xəstələrdən iki nəfərin sağaldığı bildirilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az