Sizin reklam burada 728×90
Son dəqiqə

Gürcüstan Kaxetiyadakı yataqdan öz qazını hasil etməyə başlayacaq

16.07.2022 07:55 590 1 dəq oxunur
Gürcüstan Kaxetiyadakı yataqdan öz qazını hasil etməyə başlayacaq
Gürcüstan Kaxetiyadakı yataqdan öz qazını hasil etməyə başlayacaq.

bakunews.az report və interfaks-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili bildirib.

“Hesablamalara görə, bu yataqda qaz hasilatı 2024-cü ildə başlayacaq”, - Davitaşvili deyib.

Kaxetiyadakı yataqda təsdiqlənmiş qaz ehtiyatları 16 milyard kubmetr təşkil edir və onların işlənməsi yaxın vaxtlarda başlayacaq. Bu ehtiyatlar ölkənin təxminən səkkiz illik istehlakı üçün kifayət edəcək.

Gürcüstan qazın demək olar ki, 100 faizini Azərbaycandan idxal edir. 2021-ci ildə qonşu ölkədən tədarük 2,2 milyard kubmetr təşkil edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az