Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya ordusu Xəzər dənizindən raket hücumuna keçib -

13.06.2023 20:28 478 1 dəq oxunur
Rusiya ordusu Xəzər dənizindən raket hücumuna keçib -
Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya ordusu Xəzər dənizindən raket hücumuna keçib:

“Hücum nəticəsində Xerson, Nikolayev, Krivoy Roq şəhəri ciddi dağıntılara məruz qalıb. Krivoy Roq şəhərində beşmərtəbəli yaşayış binası tamamilə məhv edilib. Ölən və yaralananların olduğu bildirilir”.
M.Aslanovun sözlərinə görə, Ukraynanın əks-hücum əməliyyatları əsasən Zaporojye vilayətində daha uğurlu həyata keçirilir.

“Son iki gündə Ukrayna ordusu tərəfindən beşdən çox yaşayış məntəqəsi azad edilib. Əməliyyat zamanı xeyli rus əsgəri əsir götürülüb”, - deyə jurnalist əlavə edib.

Ətraflı videonu təqdim edirik:



Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az