Sizin reklam burada 728×90
Son dəqiqə

TƏCİLİ! İşğalçılar bu ərazilərdən ÇIXIR – Hərbi obyektlərdə dəhşətli PARTLAYIŞLAR

21.08.2022 19:08 454 1 dəq oxunur
TƏCİLİ! İşğalçılar bu ərazilərdən ÇIXIR – Hərbi obyektlərdə dəhşətli PARTLAYIŞLAR
Rusiya çox güman ki, işğal etdiyi Krımı “müdafiə etmək” üçün qoşunlarının bir hissəsini cəbhə xəttindən çıxarmalı olacaq.

bakunews.az musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) məlumat yayıb.

Xəbərdə Krımdakı obyektlərə hücumları dayandıra bilməməsinin Rusiya cəmiyyətində narazılığa səbəb ola biləcəyi qeyd olunur. ISW-nin məlumatına görə, sosial media artıq Krımdan Rusiyaya getməyi arzulayan insanların yaratdığı avtomobil tıxaclarının görüntüləri ilə doludur.

Bütün bunlar Rusiyanın təhlükəsizlik tədbirlərinin effektivliyi ilə bağlı artan ictimai narahatlığın göstəricisidir.

Qeyd edək ki, son bir həftə ərzində Rusiyanın işğalı altında olan Krımda hərbi obyektlərdə bir neçə partlayış olub.

Avqustun 9-da Krımın Novofedorovka hərbi aerodromunda partlayış törədilib.

Avqustun 16-da Canköy rayonunda hərbi obyekt havaya uçurulub. Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi sursatların müvəqqəti saxlanması üçün ayrılmış sahənin ərazisində yanğın baş verdiyini etiraf edib. Eyni gündə Qvardeyskidəki hərbi aerodromda da partlayışlar baş verib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az