• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Krımı humanitar fəlakət təhlükəsi gözləyir

Dünya

13-08-2022, 18:41

2014-cü ildə yarımadanın de-fakto Rusiyaya qatılması respublika əhalisinə əlavə çətinlik və əziyyətdən başqa, heç nə verməyib

Ukraynaya qarşı 6 aya yaxındır davam edən işğalçılıq müharibəsi zamanı vaxtaşırı Rusiya tərəfindən 8 il bundan qabaq ələ keçirilən Krım Muxtar Respublikasının azad olunması məsələsi və yarımadadakı indiki vəziyyət gündəmə gəlir. Bu yaxınlarda yarımadada yerləşən Rusiyanın əsas hərbi aerodromunda baş verən dəhşətli partlayışdan sonra Krımdakı ümumi durum, bundan sonra bölgəyə turistlərin gəlib-gəlməməsi (əsasən Rusiya Federasiyasından olan) məsələləri yenidən aktual mövzulara çevrilib.

Təbii ki, bu zaman 2014-cü ildən sonra Krımdakı sosial-iqtisadi vəziyyətin hansı istiqamətdə dəyişdiyi, əhalinin rifah halının artıb-artmaması suallarına cavab axtarmaq lazım gəlir. Məlum olduğu kimi, Krım Muxtar Respublikası Rusiyaya birləşdiriləndə yarımadanın Rusiya ilə quru əlaqəsi yox idi. Buna görə də V. Putin ilhaq edilən yarımada ilə Rusiyanı birləşdirmək üçün Kerç boğazından körpünün inşası layihəsinə strat verdi. Düzdür, Krım körpüsü artıq neçə ildir (2018-ci ilin mayından) istifadəyə verilib. Lakin Krımın birləşdirilməsindən sonrakı dövrdə "ən böyük uğur” kimi adlandırılan layihənin həyata keçirilməsi heç nəyi dəyişmədi. Belə ki, Krım körpüsünün inşası guya mühəndislik, memarlıq cəhətdən "möcüzə” və regionun Rusiya ilə inteqrasiyası baxımından mühüm hadisə elan edilsə də, bölgədəki vəziyyətin hərtərəfli müşahidəsi göstərir ki, reallıq tamam başqadır.

Yerli və xarici ekspertlərin qənaətinə görə, körpü ətrafında vaxtilə qaldırılan saxta səs-küy və ajiotaj əslində Krım yarımadasında baş verən digər mənfi tendensiyaları ört-basdır etmək üçün düşünülmüş addımlardan olub. Çünki Rusiyaya birləşdirildikdən sonra, rus rublundan istifadə istisna olmaqla, əhali "yenilik” deyə başqa heç nəyin şahidi olmayıb, əskinə son 8 il ərzində xüsusilə infrastruktur sahəsində yenidənqurma işlərinin aparılmaması, sosial-iqtisadi sahədə nümayiş etdirilən son dərəcə etinasızlıq nəticəsində Krım tatarları başda olmaqla, yerli əhalinin bir hissəsi yarımadanı tərk etmək məcburiyyətində qalıb.

Belə ki, Ukraynaya qarşı Rusiya təcavüzünə qədər yarımadanın əhalisinin hiss etmədiyi su qıtlığı indiki dövrdə ciddi problemə çevrilib. Halbuki Ukraynanın Xerson vilayətinin əsas hissəsinin işğal edilməsindən sonra içməli su və təsərrüfat sahəsində işlədilən su sarıdan əhalinin durumu yaxşılaşmaq əvəzinə daha da pisləşib. Eyni zamanda, su kəmərlərinin və əhaliyə içməli suyun çatdırıldığı su borularının vəziyyəti acınacaqlı vəziyyətdədir. Qəribə olan odur ki, Rusiya hakimiyyəti infrastruktur sahəsində mövcud olan ciddi problemlərin yaranmasını Ukrayna tərəfindən düşünülmüş şəkildə əməliyyatların həyata keçirilməsi ilə əlaqələndirir.

Halbuki Krımdan əlavə, bu il Xerson və Zaporojye vilayətlərinin əksər ərazilərinin işğalından sonra yarımadadakı vəziyyətin daha da yaxşılaşacağını vəd edən elə Rusiya rəsmiləri və Krım Respublikasının qondarma rəhbərliyi idi. İndiki vaxtda Ukraynanı yarımadadakı əhalinin vəziyyətinin acınacaqlı olmasında günahlandırmaq yerinə düşmür, çünki nəinki bu cür əsassız ittihamları təsdiqləyə biləcək, hətta ona dəlalət edən heç bir məlumat yoxdur.


Bu ittihamların əsassızlığı bir də ondadır ki, Krımdakı vəziyyəti Ukrayna Ordusunun təxribatları ilə əlaqələndirən Putin hakimiyyətinin təmsilçiləri son səkkiz ildə rəsmi Kiyevin yarımada əhalisi üçün ciddi problem yaratmaması faktını unudurlar. Eyni zamanda qonşu dövlətin ərazisini raket və hava hücumuna məruz qoyanda heç bir ehtiyat tədbirlərini nəzərə almayan Rusiyadan fərqli olaraq, Ukrayna silahlı qüvvələrinin düşmənin hərbi-strateji cəhətdən əhəmiyyətli olan və möhkəmləndirilmiş döyüş mövqelərinə sərrast zərbələr endirməsi və mülki vətəndaşların itkilərindən yayınması ilə seçildiyi daha çox müşahidə edilir.

Bu yaxınlarda yarımadada baş verən partlayışlardan sonra bəzi sakinlərin təhlükəsizlik səbəbindən Krım körpüsünün bağlanması, işməli su və elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olması ilə bağlı mesajlar alması da, Ukraynanın təxribat fəaliyyəti ilə əlaqəli deyil. Əslində bütün bunlar Krımda baş verənlərə görə Ukrayna hakimiyyətini və hərbçilərini günahlandırmaq məqsədi güdən xüsusi təbliğatla bağlıdır.

Beləliklə, Rusiyanın işğalçılıq müharibəsi ilə artıq yarım ildir regionda davam edən böhranın dərinləşməsi Krımda humanitar fəlakət təhlükəsini daha da artırır. Buna görə də rəsmi Moskvanın verdiyi vədləri yerinə yetirmədiyi üçün üzləşdiyi vəziyyətdən çıxış yolu kimi Ukrayna hakimiyyətini hədəf seçməsi təsadüfi deyil. Halbuki Krım əhalisinin əziyyət çəkdiyi böhran və yarımadanı gözləyən humanitar fəlakət təhlükəsinin əsas günahkarı Putin Rusiyasıdır və bunların hamısının səbəbi Rusiyanın işğalçı müharibəsidir. Yəni 2014-cü ildə yarımadanın de-fakto Rusiyaya qatılması Krım əhalisinə əlavə çətinlik və əziyyətdən başqa, heç nə verməyib.\\qaynarinfo\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

31-08-2022, 16:50

Putin hakimiyyətdən getsə, Krım qayıdacaq

Dünya

21-08-2022, 19:08

TƏCİLİ! İşğalçılar bu ərazilərdən ÇIXIR – Hərbi obyektlərdə dəhşətli PARTLAYIŞLAR

Dünya

29-08-2022, 16:06

Rusiya-Ukrayna savaşının yeni mərhələsi başlayır – Politoloq

Dünya

29-08-2022, 10:24

Putinin Ərdoğandan Krım Platforması sammitiylə bağlı xahişi…

Dünya

10-08-2022, 18:21

“Putin belaruslu dostlarını Zelenskinin yanına göndərib, “yox” cavabı alıb” - İDDİA

Dünya

27-08-2022, 15:22

Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas səbəbi nədir? - Jdanov açıqladı

Dünya

1-08-2022, 21:38

Rusiya əhalisi sürətlə azalır: ayda 86 min - Rekord

Siyasət

15-08-2022, 13:31

Paşinyan Rusiyadan kömək almaq üçün Moskvaya TƏCİLİ adam göndərdi

Dünya

14-07-2022, 19:39

Dostu Bəşər və kim Çen In olanın...

Dünya

2-08-2022, 16:40

Rusiya iqtisadiyyatını ayaqda saxlamaq üçün bu ölkənin qızılını talayır?

Dünya

10-08-2022, 17:39

Rusiya bu ölkələrdən silah alır... - Blumberq

Bölgə

13-07-2022, 20:30

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Araşdırma
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Dünən, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Xəbər lenti
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Dünən, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Dünən, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Dünən, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Dünən, 13:08
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Dünən, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Dünən, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • 3-10-2026, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • 3-10-2026, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • 3-10-2026, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • 3-10-2026, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • 3-10-2026, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 3-10-2026, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • 3-10-2026, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • 3-10-2026, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • 3-10-2026, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • 3-10-2026, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • 3-10-2026, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • 3-10-2026, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • 3-10-2026, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • 3-10-2026, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • 3-10-2026, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • 3-10-2026, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • 3-10-2026, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • 3-10-2026, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • 3-10-2026, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • 3-10-2026, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • 3-10-2026, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • 3-10-2026, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə