“İranın Ali Lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri ilə bağlı ictimaiyyət arasında görünmür”.
Bunu İranın BMT-dəki daimi nümayəndəsi Əli Bahreyni deyib.
Onun sözlərinə görə, bununla belə, M.Xamenei səlahiyyətlərini icra etməyə davam edir.
Xatırladaq ki, martın 8-də İranın yeni Ali Lideri seçilən Müctəba Xamenei həmin dövrdən ictimaiyyət qarşısında görünməyib. Bunun səbəbi ilə bağlı isə xarici mediada müxtəlif versiyalar səsləndirilib.