• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Paşinyanın BMT-dəki keşiş rolu – falçı ümidinə qalan Ermənistan - ŞƏRH

Gündəm / Siyasət

26-09-2024, 16:10

BMT dünyada ən çox tənqidə məruz qalan beynəlxalq təşkilatdır. Üzv dövlətlərin liderləri təşkilatda islahatın aparılmasını təklif edirlər. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” fikri BMT-nin yenilənməsi ilə bağlı deyilənlərin ümumiləşdirilməsi üçün əsas istiqamət ola bilər.

Bununla belə təşkilatın Baş Assambleyasının sessiyasında müxtəlif rejimlərin təmsilçiləri, başçılarının çıxışı dünyanın siyasi mənzərəsinin yaranmasına yardım edir.

Odur ki, BMT tribunasından müdrik dövlət başçıları ölkəsinin və dünyanın maraqlarını uzlaşdıraraq obyektiv çıxış edə bilir.

Təşkilatda Ermənistanın baş naziri Nikol Paşiyan da çıxış edib. Onun çıxışını ilk olaraq səfir Dzünik Ağacanyan tənqid edib. O, 1966-cı ildə İrəvanda anadan olub. 2019-cu ildə Fövqəladə və Səlahiyyətli səfir ranqını alıb. 1992-ci ildən Ermənistan XİN-də işləyir. 1993-95-ci illərdə ölkəsinin ABŞ-dəki səfirliyində fəaliyyət göstərib. Nyu-Yorkda Kolumbiya Universitetini bitirib. 2000-2003 illərdə XİN-in mətbuat katibi olub.

Dzünik Ağacanyan Nikol Paşinyanın BMT-dəki çıxışını “təriqət liderinin” moizəsi adlandırıb. Diplomat deyib ki, bu, dövlət xadiminə yaraşan açıqlama deyildi: “Çıxış acınacaqlı və məzmunsuz idi”. O, baş nazirin çıxışında ölkədaxili problemi BMT-nin tribunasından söyləməsini tədbirin mövzusuna keşiş yanaşması kimi qiymətləndirib. Dzünik Ağacanyan deyib ki, Paşinyanın çıxışı yürütdüyü dəvəquşu siyasətinə tam uyğundur. O, bu çıxışın beynəlxalq arenada heç bir təsir buraxmadığını da vurğulayıb.

Paşinyanın BMT-dəki keşiş rolu – falçı ümidinə qalan Ermənistan - ŞƏRH

Yeri gəlmişkən, Paşinyan BMT Baş Assambleyasında iştiraka xüsusi önəm verdiyini vurğulayıb: “Ermənistan parlament seçkilərində partiyamız “Gələcək var!” şüarı altında iştirak edib və mən indiki baş nazir mandatını almışam”.

O, daha sonra gələcəklə bağlı filosofluq edib. Elə diplomat belə qeyri-mücərrəd danışığına görə Paşinyanın çıxışını “təriqət başçısının” açıqlaması kimi dəyərləndirib. Bəlkə elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “Daha ədalətli bir dünya mümkündür” (“Daha Adil Bir Dünya Mümkün”) kitabını baş nazir bu BMT-nin gələcəyi ilə bağlı maariflənməsi üçün verib.

Ermənistan hakimiyyəti BMT tribunasından təyinatına uyğun yararlana bilmir. Rəsmi İrəvan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın məhəl qoymayıb. Yəni, bu ölkənin hakimiyyəti 30 il təşkilata qarşı sayğısızlıq edib.

İndi onun kürsüsündən ağıllı görkəm alıb, BMT-nin gələcəyi ilə bağlı fəlsəfi kimi görünən fikirlər söyləmək çox ziddiyyətli təəssürat yaradır. Nikol Paşinyan Azərbaycan torpaqlarının işğal altında saxlanılmasında rolunun olmadığını söyləyə bilməz. Çünki Paşinyan ölkəsinin Ali baş komandanı olaraq torpaqları işğal altında saxlamaq üçün Azərbaycana qarşı müharibəyə başçılıq edib.

Bu baxımdan, Ermənistanın lideri olaraq o, hələ də Azərbaycandan üzr istəməyib. Nikol Paşinyanın belə bir addımı atacağı ən yaxşı yer isə BMT-nin Baş Assambleyasıdır. Normal dövlətlərin başçıları belə edər. Bu addımı faşizmə görə Almaniya liderləri atıb. Serbiya Prezidenti Tomislav Nikoliç 1995-ci ildə Srebrenitsada törədilən kütləvi qətllərə, soyqırımına görə Bosniya müsəlmanlarından üzr istəyib. Ancaq Azərbaycanın Xocalı, Ağdaban və başqa bölgələrində Ermənistanın törətdiyi terror, qətl, soyqırımına görə Azərbaycandan üzr istəməyib.

Baş nazir Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasında “Sülh naminə liderlik: təhlükəsiz gələcək axtarışında BMT Nizamnaməsi ətrafında birləşmə” mövzusunda müzakirələrə qatılaraq Azərbaycana qarşı çıxış da edib.

Sülh, əməkdaşlıq kimi məsələlərlə bağlı açıqlamalar verən Paşinyan bu toplantıda eyni rolu oynayıb: “Hökumətimiz regionumuzda münaqişələrə son qoymaq və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirmək əzmindədir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

O vurğulayıb ki, rəsmi İrəvan Bakıda COP29-a qədər sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrinin imzalanmasını və bununla da sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühitin yaradılmasını təklif edib. Paşinyan Azərbaycanla sərhədlərin müəyyənləşməsi üçün komissiyalar arasında sərhədlərin delimitasiyası prosesini davam etdirməyə hazır olduqlarını da qeyd edib. Erməni lideri bildirib ki, Ermənistanın regionda ədalətli, davamlı sülhə nail olmaq səylərinə BMT-nin güclü və birmənalı dəstəyi son dərəcə vacibdir.


Nikol Paşinyan

Paşinyan Azərbaycanla əldə edilən aşağı-yuxarı bütün uğurları Ermənistanın adına çıxmağa səy göstərib.

Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zaman Prezident İlham Əliyev Nikolun mənimsəmək istədiyi sülh təşəbbüsü haqda bunları deyib: “Yenə də bildirmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başlamışdır. Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni süni şəkildə uzadır”.

Prezidentin çıxışı Ermənistan baş nazirinin BMT Təhlükəsizlik Şurasında yalan danışdığını ifşa edir.

Rəsmi İrəvana təqdim olunan sülh təkliflərinə Azərbaycan indiyədək bitkin cavab almayıb. Ermənistan razılıq əldə edilən müddəaları rəsmi Bakıya imzalatdırmaqla öz aləmində, havadarları ilə birlikdə tələ qurmağa çalışır. Azərbaycanın rəsmi İrəvana işğalçı və təcavüzkar konstitusiyaya dəyişiklik edilməsi, kommunikasiyaların açılması, ermənilərin Azərbaycan torpaqlarında basdırdıqları minaların xəritəsini, işğal altında saxladığı kəndləri təhvil verməsi kimi şərtlərinə əməl edən sülhsevər, sazişə imza atmağa hazır olan tərəf olaraq göstərməyə çalışır, beynəlxalq ictimaiyyəti və rəyi çaşdırır. Bu erməni saxtakarlığıdır.

Bu azmış kimi Nikol Paşinyan şərləmək, böhtan atmaq kimi mənsub olduğu etnik qrupun klassik metodundan da istifadə edir.

Ermənistan hakimiyyətinin yadına BMT sanki indi düşüb. 1988-ci ildə azərbaycanlılar dədə-baba, tarixi yurdlarından qovulanda, vətəndaşlıqdan məhrum ediləndə, mal-mülkləri əllərindən alınanda ermənilərin yadına belə bir təşkilatın və insan hüquqlarının olduğu düşmürdü.

Bütün beynəlxalq təşkilatlar, tədbirlər Ermənistan hakimiyyəti, diasporu və lobbisi üçün yalanlarına ayaq tutdurmaq üçün lazımdır.

Bu kimi saxtakarlıqları edib, yalanlar söyləyən rəsmi İrəvan falçı ümidinə qalıb. Ölkə mətbuatı Ermənistan hökuməti və regional hadisələrlə bağlı “öncəgörmələr” yayır.

Ölkədə tanınmış falçı İnara Qriqoryan “Hraparak”a müsahibəsində bildirib ki, Nikol Paşinyanın həyatı təhlükədədir. O, 2025-ci ilədək Ermənistanda irimiqyaslı hərbi fəaliyyət “görmədiyini”, ancaq 2025-ci ildə böyük müharibə, eləcə də yeni epidemiya “gördüyünü” söyləyib.

İnara Qriqoryanın sözlərinə görə, sentyabrın sonunda, oktyabrda Ermənistan lideri təhlükədə olacaq.

Belə görünür, ölkədə hakimiyyət dəyişikliyi, müharibə, epidemiya və dövlət xadimlərinə terrorla bağlı rəy formalaşdırılır. Nikol Paşinyan xarici siyasətdə yalan, saxta açıqlamalara üstünlük verməklə vaxt uzadır. Sülhlə bağlı konkret addımlar atmaqdan yayınır. Azərbaycanla problemləri razılaşdırıb həll etməkdənsə, fikri fərqli istiqamətə yönəldir. Məsələn, Ermənistan konstitusiyasından işğalçı və təcavüzkar hədəfin çıxarılması istənilir, o isə Azərbaycanın Əsas qanununu təhrif edib, ona qara yaxır. Sülh yolunda ləngimə isə Ermənistan əhalisinin ziyanınadır. Bu ziyanı ört-basdır etmək üçün Paşiyanın həyatının təhlükə qarşısında olduğuna, müharibənin başlayacağına, epidemiyaya dair “öncəgörmələr” yayırlar.

Onsuz da Ermənistan 34 ildir yuxudadır. Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün BMT-də özünü sülhsevər kimi göstərməklə beynəlxalq dayaqlarını gücləndirməyə səy göstərir. O, “həyatına qəsd olacaq” təbliğatını təşkil etməklə özünü “günahsız”, “millət atası” kimi ictimai rəyə sırımağa çalışır. Odur ki, Ermənistanda yalana, saxtakarlığa falçılıq da qoşulur.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

25-09-2024, 15:50

Ərdoğanın Paşinyana məsləhəti: kitab oxumaq - ŞƏRH

Gündəm / Siyasət

16-02-2024, 13:25

Münhendə Əliyev Paşinyanla GÖRÜŞƏCƏK?..

Gündəm / Cəmiyyət

9-08-2024, 11:30

Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI

Siyasət

12-06-2023, 19:18

Azərbaycan-Türkiyə qardaşlığı: Rəcəb Tayyib Ərdoğanın dövlət səfərinin məğzi - ŞƏRH

Dünya

12-08-2022, 10:20

Türkiyə XİN: "Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin"

Gündəm / Dünya

10-04-2024, 11:51

Tarixi və real Ermənistan bir-birinə ciddi təhlükələr yaradır! - Paşinyan

Dünya

8-06-2023, 12:45

Ərdoğan Kaxovka SES-lə bağlı beynəlxalq komissiyanın yaradılmasını təklif edib

Siyasət

11-08-2022, 13:14

Rusiya XİN Nikol Paşinyana cavab verib

Gündəm / Siyasət

27-12-2023, 10:32

Bir ildə 20-dən çox xarici səfər: Prezident İlham Əliyevin diplomatik trafiki

Gündəm / Dünya

2-05-2024, 15:49

İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

Gündəm / Siyasət

13-12-2023, 15:50

Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü ola bilər? - AÇIQLAMA

Dünya

21-07-2023, 18:59

Zelenski onu tənqid edən səfiri işindən qovdu

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Dünən, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Xəbər lenti
  • Bu gün, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • Bu gün, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • Bu gün, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • Bu gün, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • Bu gün, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • Bu gün, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • Bu gün, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • Bu gün, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • Bu gün, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • Bu gün, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
  • Bu gün, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Bu gün, 11:32
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Bu gün, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Bu gün, 10:54
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • Bu gün, 10:29
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Bu gün, 09:52
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Bu gün, 09:35
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • Bu gün, 09:23
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • Dünən, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • Dünən, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • Dünən, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • Dünən, 18:07
    Ukraynada keşiş 3 nəfəri güllələyib
  • Dünən, 17:30
    Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
  • Dünən, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • Dünən, 17:06
    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
  • Dünən, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • Dünən, 16:22
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • Dünən, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • Dünən, 15:33
    Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
  • Dünən, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • Dünən, 15:01
    Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
  • Dünən, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • Dünən, 13:30
    Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
  • Dünən, 13:15
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə